Sifarişçilər
Mühəndislik
Bizim mühəndislik məsələlərinin münasib həlli yollarını təmin edə bilən mütəxəssislər qrupumuz mövcuddur. Bura layihələrin planlaşdırılması və işlənməsi, layihələşdirmə əsasları, texniki-iqtisadi əsaslandırma və başqa mühəndislik xidmətləri daxildir.
İstehsalat
AZFEN MMC-nin istehsalat sahəsi ildə 7,000 ton mürəkkəb polad konstruksiyalar istehsal etmək gücünə malikdir. Regionda ən böyük istehsalat sahələrindən birinə, səkkiz basketbol meydançasına bərabər əraziyə malik anbarı, daimi yeməkxana və yaşayış binaları, yükvurma meydançası, istirahət və əyləncə yerləri, tibb məntəqəsi və tam təchiz olunmuş təlim və daimi ofis binaları ilə AZFEN MMC-nin geniş çeşidli istehsalat xidmətlərini yerinə yetirmək imkanına malikdir.
Tikinti
Tikinti sahəsindəki səriştəmizi müqavilə tərəfdaşımız və məsləhətçimiz olan TEKFEN-in sayəsində əldə edirik. Onun köməyi ilə, layihələrin uğurla həyata keçirilməsinə nail olmuşuq. TEKFEN-in kompleks platformalarının, boru xətti sistemlərinin, neft və qaz terminallarının tikintisi sahəsindəki təcrübəsi bizə regionda tikinti işlərində ən etibarlı tərəfdaş kimi nüfuz qazandırmışdır.
Quraşdırma
Biz texnoloji, təhlükəsizlik, elektrik və nəzarət-ölçü avadanlıqlarının, eləcə də, boru və konstruksiyaların quruda və dənizdə quraşdırılması sahəsində təcrübə qazanmışıq. Şirkətimiz hər layihə üçün müstəqil Keyfiyyətə Nəzarət İşçi Qrupu təyin edir. Bu isə, quru və dəniz neft sənayesində müəyyənləşdirilmiş ən yüksək təhlükəsizlik texnikası və keyfiyyət standartlarının təmin edilməsi ilə nəticələnir.
Obyektlər
Son işlərimiz
Layihələr
AZƏRBAYCAN
BP-nin “Sunrise” (Şəfəq) SPP (günəş elektrik stansiyası) layihəsi — Cəbrayılda həyata keçirilən 288 MWp (240 MW AC) gücündə böyükmiqyaslı fotovoltaik enerji layihəsi
2025
Dünya standartları
GÜRCÜSTAN
Mülki, Struktur, Mexaniki İstehsalat, Mexaniki Tikinti, ICE təminatı layihəsi
2021
GÜRCÜSTAN
Gürcüstan Respublikası ərazisində istehsalat, tikinti, mülki obyektlərinin inşaatı, elektrik avadanlıqlarının və cihazlarının təmiri işləri
2023
Dünya standartlarına cavab verən AZFEN MMC
AZFEN MMC 1996-cı ilin yanvarında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (60% sahiblik hüququ ilə) və TEKFEN İnşaat və Təsisat A.Ş. (40% sahiblik hüququ ilə) tərəfindən təsis edilmişdir.
Məqsədimiz neft şirkətləri üçün yüksək səviyyəli tikinti və mühəndislik işlərini həyata keçirməkdən ibarətdir. Təcrübə və müasir texnologiyaların tətbiqi bizə Xəzər regionunda neft şirkətlərinə misilsiz xidmət göstərmək imkanı vermişdir. Biz irihəcmli neft layihələri üçün boru kəmərlərinin, platformaların və terminalların tikintisini həyata keçirmişik. Bacarıq və təcrübəmizlə yanaşı, sağlam və təhlükəsiz iş şəraitinə böyük əhəmiyyət veririk.
Hal-hazırda AZFEN fəaliyyətini dünya miqyasında genişləndirməyə çalışır.
Xəbərlər
Kateqoriyalar