Keyfiyyət Siyasəti

Məqsədimizə uyğun olaraq Keyfiyyət Siyasətimiz

Müştərilərimizin gözləntilərini anlamaq, şərtnamələrə, standartlara, sənaye qaydalarına və qanunvericiliyə uyğun məhsul və xidmət təqdim etmək, müştərilərin və digər hissədarların məmnuniyyətini qoruyub saxlamaqdır.

Bu məqsədlə aşağıdakı prinsiplərə riayət etməyi Üst Rəhbərlik olaraq özümüzə borc bilirik:

 
 
 
  • Keyfiyyət İdarəetmə Sistemi (KİS) üçün keyfiyyət məqsədlərinin qurulmasını və bu məqsədlərin AZFEN-in keyfiyyət siyasətinə, kontekstinə və strateji istiqamətinə uyğunlaşdırılmasını təmin etmək
  • Bütün maraqlı tərəflərin tələblərinin aydın şəkildə anlaşıldığından əmin olaraq, məhsul və xidmətlərimizi vaxtında və peşəkar şəkildə təhvil vermək
  • Məhsul və xidmətlərimizin çatdırılması proseslərinin müəyyənləşdirilməsindən, lazımi resurslarlarla təmin edilməsindən, sənədləşdirilməsindən, izlənilməsindən və ölçülməsindən əmin olmaq
  • Məhsulların və xidmətlərin uyğunluğuna təsir göstərə biləcək riskləri və fürsətləri müəyyənləşdirərək və onlardan istifadə edərək KİS-ni davamlı olaraq təkminləşdirmək
  • AZFEN-in bütün işçilərinin müvafiq iş sahələri üçün təhsil, təlim və təcrübəsi üzrə bacarıqlı olmasından əmin olmaq
  • Təkmilləşdirilmiş məhsul və xidmətlərin təmin olunması üçün tədarükçülərlə və maraqlı tərəflərlə əməkdaşlıq qurmaq
  • Keyfiyyət İdarəetmə Sisteminin tətbiqinin və səmərəliliyinin davamlı olaraq təkmilləşdirilməsinə nəzarət etmək və təhlil etmək.
 

Keyfiyyət Hədəflərimiz müştəri şikayətlərinin, təkrar işlərin və təmir işlərinin ən aşağı səviyyəyə çatdırılması, həmçinin məhsuldarlığı artırmaqla maya dəyərinin azaldılması və bunların müştərilərimizlə və digər hissədarlarla da paylaşılmasıdır.

 

Həmid Həsənov

AZFEN MMC-in Baş Direktoru

Bu sənəd Mart 2018 imzalanıb

PDF yüklə