Azfen əməkdaşları qəza zamanı operativ reaksiya göstəriblər
06 noyabr 2024-cü il tarixində saat 12:03 radələrində Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) əsaslı təmir işləri zamanı baş verən hadisə zamanı Azfen şirkətinin əməkdaşları peşəkarlıq və fədakarlıq nümayiş etdirmişlər.
Belə ki, podratçı təşkilat olan "LTF" şirkətinin əməkdaşları - Mustafayev Qorxmaz və Rüstəmov Vüsal, 5 №-li istehsalatın 55 №-li qurğusunun K-201 kalonunda təmizlik işləri apararkən özlərini pis hiss etmişlər. Hadisə yerinə Azfen şirkətinə məxsus təcili tibbi yardım briqadası və "MediClub" çağırılmışdır.
Azfen əməkdaşları, zavod işçiləri ilə birlikdə operativ xilasetmə tədbirləri həyata keçirmiş, zərərçəkənlərə ilkin tibbi yardım göstərmiş və onların təhlükəsiz şəkildə xəstəxanalara çatdırılmasını təmin etmişlər. Nəticədə, Mustafayev Qorxmaz 103 saylı təcili tibbi yardım briqadasına təhvil verilərək Toksikoloji Mərkəzə, Rüstəmov Vüsal isə Azfen şirkətinə məxsus təcili tibbi yardım briqadası tərəfindən Neftçilər Xəstəxanasına təxliyə olunmuşdur.
Hadisə zamanı peşəkarlıq nümayiş etdirən aşağıdakı əməkdaşlar xüsusi fədakarlıq göstərmişdir:
Azfen şirkəti, əməkdaşlarının təhlükəsizlik və sağlamlığının təmin olunmasını ən vacib prinsiplərdən biri hesab edir və hadisə zamanı göstərilən fədakarlığı yüksək qiymətləndirir. Hadisədə iştirak edən və operativ tədbirlər görən bütün əməkdaşlara təşəkkür edirik!
Kateqoriyalar