Mühəndislik
Bizim mühəndislik məsələlərinin münasib həlli yollarını təmin edə bilən mütəxəssislər qrupumuz mövcuddur. Bura layihələrin planlaşdırılması və işlənməsi, layihələşdirmə əsasları, texniki-iqtisadi əsaslandırma və başqa mühəndislik xidmətləri daxildir.
İstehsalat
AZFEN B.M.-nin istehsalat sahəsi ildə 7,000 ton mürəkkəb polad konstruksiyalar istehsal etmək gücünə malikdir. Regionda ən böyük istehsalat sahələrindən birinə, səkkiz basketbol meydançasına bərabər əraziyə malik anbarı, daimi yeməkxana və yaşayış binaları, yükvurma meydançası, istirahət və əyləncə yerləri, tibb məntəqəsi və tam təchiz olunmuş təlim və daimi ofis binaları ilə AZFEN geniş çeşidli istehsalat xidmətlərini yerinə yetirmək imkanına malikdir.
Tikinti
Tikinti sahəsindəki səriştəmizi müqavilə tərəfdaşımız və məsləhətçimiz olan TEKFEN-in sayəsində əldə edirik. Onun köməyi ilə, laihələrin uğurla həyata keçirilməsinə nail olmuşuq. TEKFEN-in kompleks platformaların, boru xətti sistemlərinin və neft və qaz terminallarının tikintisi sahəsindəki təcrübəsi bizə regionda tikinti işlərində ən etibarlı tərəfdaş kimi nüfuz qazandırmışdır.
Quraşdırma
Biz texnoloji, təhlükəsizlik, elektrik və nəzarət-ölçü avadanlıqlarının, eləcə də, boru və konstruksiyaların quruda və dənizdə quraşdırılması sahəsində təcrübə qazanmışıq. Şirkətimiz hər layihə üçün müstəqil Keyfiyyətə Nəzarət İşçi Qrupu təyin edir. Bu isə, quru və dəniz neft sənayesində müəyyənləşdirilmiş ən yüksək təhlükəsizlik texnikası və keyfiyyət standartlarının təmin edilməsi ilə nəticələnir.