AZFEN MMC-in Baş Direktoru
Yüksək keyfiyyətli iş
"Azfen" MMC-nin vəzifəsi isə, iştirak etdiyi bütün mühüm dövlət əhəmiyyətli layihələri müəyyən olunmuş vaxtda və yüksək beynəlxalq standartların tələbləri səviyyəsində icra etməkdən, işə cəlb etdiyi işçilərin professional səviyyəsinin yüksək olmasına, mütəmadi olaraq ölkə daxilində ve ölkə xaricində təlimlər keçməklə işçilərimizin kvalifikasiyasının artırılmasına, mühəndis-texniki işçilərin elm ve texnikanın
bütün yeni nailiyyətlərini mənimsəməsinə, işçilər tərəfindən əmək intizamı tələblərinə əməl olunmasına, təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə, işçilərlə olan əmək münasibətlərinin qanunlara və mənəvi dəyərlərə uyğun olmaqla yüksək səviyyədə qurulmasına nail olmaqdan və işçilərin təhlükəsizliyinin, onların sağlamlığının qayğısına qalmaqdan ibarətdir.
"Səriştəliliyin təmini" və "İşə qəbul"
"İşçilərin işə qəbulu prosesi qüvvədə olan "Səriştəliliyin təmini" və "İşə qəbul" prosedurlarına tam ciddi riayət olunmaqla aparılır. Bunun üçün ilk növbədə planlama üzrə müəyyən olunmuş say və peşə tərkibli personal tələbləri dəyərləndirilir və bu tələblərə uyğun olan işçi heyəti (namizədlər) aşkar və demokratik şəkildə toplanmış CV bazamızdan (həm ərazi kənarında yerləşən "İşə düzəltmə bürosu" qutularından, həm də müvafiq internet səhifəsinə daxil olan CV-lərdən) müəyyənləşdirilərək müvafiq mütəxəssislərin iştirakı ilə müsahibələrə dəvət olunur, müsahibədə namizədliyi təsdiq olunmuş şəxslər növbəti mərhələ olaraq yazılı və praktiki testlərə göndərilirlər.
Qaydalara uyğun olaraq testdən uğurla keçmiş namizədlər qeydiyyata alınır və personal tələbləri daxilində "işə qəbul"a dəvət olunurlar. Bütün bu proseslər (həm müsahibələr, həm qəbul prosesi) kollektiv şəkildə həyata keçirilir.
Bu prosesdə dəvət olunmuş bütün namizədlər birlikdə tam aşkarlıq şəraitində iştirak edirlər.
Sağlam və təhlükəsiz şəraitlər
"Azfen" MMC tərəfindən icrası həyata keçirilən layihələr zamanı işçilərin sağlam, təhlükəsiz şəraitdə işləməsi ən önəmli prinsip kimi rəhbər tutulmaqdadır.
"Azfen" MMC-nin fəaliyyətində ən mühüm amil insan faktoru olduğundan, müəssisəmiz ilk öncə işçilərimiz üçün sağlam, təhlükəsiz iş şəraiti yaradılmasına və yalnız bundan sonra işlərin keyfiyyətlə və vaxtında icra olunmasına önəm verməkdədir.
Həmid Həsənov
AZFEN MMC-nin Baş Direktoru