British Petroleum (BP)
BP Səngəçal Terminalının Genişləndirilməsi Proqramının operatorudur. AZFEN və TEKFEN bu layihə üçün tikinti işlərini yerinə yetirmişdir. BP və AZFEN arasındakı qarşılıqlı hörmət və etibar sayəsində layihə uğurla başa çatmışdır. AZFEN AMEC və TEKFENlə birlikdə Kompressiya və Suvurma Platforması, Texnoloji Avadanlıqlar, Kompressiya, Suvurma və Məişət Avadanıqları Platforması kimi digər irihəcmli layihələrdə də iştirak etmişdir.
SOCAR(Azərbaycan Respublikası Dövlət Neft Şirkəti)
''Şahdəniz'' qazının ölkə ərazisində nəqli üçün nəzərdə tutulmuş Səngəçal-Qazıməmməd 1220 mm diametrli 48” qaz kəmərinin tikintisi 1 Noyabr 2006-cı il tarixində başlamışdır. Qaz kəmərinin marşrutu çətin keçilən ərazilərdən keçməklə yanaşı, 3 mühüm boru xətti ilə - BTC (Bakı-Tbilisi-Ceyhan), Bakı-Ərzurum qaz kəməri və Qərb Neft İxracı Kəməri ilə kəsişir. Tikintinin sifarişçisi SOCAR-ın Qaz əməliyyatları idarəsi olmuşdur. Azfen B.M. bu işləri uğurla həyata keçirmiş və kəmər 15 Iyun 2007-ci il tarixində bütövlükdə istismara verilmişdir. 2017-ci ilin aprelində Azfen B.M. Podratçı qismində Heydər Əliyev adına Neftayırma Zavodunun Rekonstruksiyası və Modernizasiyası layihəsinin icrasına başlamış və layihə 2018-ci ilin iyununda uğurla başa çatdırılmışdır.
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ)
ABƏŞ bizim ilk sifarişçimiz olub. 1996-cı ildə onlarla ilk müqavilənin imzalandığı gündən bəri bir sıra uğurlu layihələri həyata keçirmişik. Bu layihələrə Yataqların Tammiqyaslı İşlənməsi Layihəsi, Səngəçal Terminalının Genişləndirilməsi Proqramı və İlkin Neft Layihəsi, CWP (Kompressiya və Suvurma Platforması) Üst Tikililərinin Emalatı, PCWU (Texnoloji Proseslər, Kompressiya, Suvurma və Məişət Avadanlıqları) Platforması Layihəsi/AÇG FFD-C-1006 Faza 3, COP-WC (Çıraq Neft Layihəsi - Qərbi Çıraq Platformasının Üst Tikililəri, Qazma Qurğularının Emalatı və Yaşayış Bloklarının İnteqrasiyası) layihəsi daxildir.
AMEC
AMEC Process and Energy Limited şirkəti Çıraq 1 Platformasının Suvurma Sisteminin Hazırlanması və Quraşdırılması Layihəsi üzrə müştərimiz olub. Layihə 1999-cu ildə başlamış və 2000-ci ildə uğurla başa çatdırılmışdır. Layihəyə Çıraq 1 Platformasında da dənizdə quraşdırılacaq bütün tikinti srteel konstruksiyalarının və hazır makaraların quraşdırılması daxildir. Bütün işlər Tekfen ilə ittifaqda aparılıb.
SAIPEM
Saipem, AÇG Layihəsi çərçivəsində Dayaq Platformaları və Üst Tikililərin quraşdırılıması və daşınması işlərinə cavabdehlik daşımışdır. Bura, layihəyə aid əməliyyatların yerinə yetirilməsi üçün vəsaitlərin bərpası işləri daxil olmuş və layihə uğurla həyata keçirilmişdir. 2002-ci ildə AZFEN Saipermlə birlikdə emalat, quraşdırma, texniki xidmət işləri üzrə bir sıra müqavilələr imzalamışdır. 2014-cü ildə Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi Layihəsinin (CQBKG) həyata keçirilməsi SAIPEM və Azfen B.M. Konsorsiumuna həvalə edlmiş və layihə başa çatdırılmışdır.
Toyo Engineering Corporation
Toyo Engineering Corporation başqa bir sifarişçimizdir. Bizim Toyo ilə işimiz Azərbaycanda Azəriqaz Boru Xətti layihəsinin boru kəməri hissəsinin tikintisindən ibarət idi. Müqaviləyə layihəyə aid tikinti, quraşdırma və layihənin başa çatdırılması işləri daxil idi. Bu işlər 2002-ci ildə həyata keçirildi.
Georgian Pipeline Company (GPC)
Bu Şirkət tərəfindən həyata keçirilən layihədə “Azfen” MMC-yə həvalə edilmiş işlərə Gürcüstanda Qərb Marşrut Boru Kəməri ilə bağlı 2 Təzyiq Azaltma Stansiyasının tikintisi daxildir. Stansiyalar 200 m və 900 m yüksəkliklərdə və sərt iqlim şəraitinə məruz qalan ərazidə yerləşirdi. Belə ki, burada temperatur -15C ilə +40C arasında dəyişir, yağış və qar dayanmayıb. Lakin bütün bu çətinliklərə baxmayaraq, Layihə aylarla davam etdi və vaxtında, 1998-ci ildə tamamlandı.
WorleyParsons
2017-ci lin aprelində Azfen MMC sifarişçisi WorleyParsons olan SD1 Genişləndirmə və Ötürücü Xəttin çəkilişi layihəsinin icrası mərhələsi ərzində DBXO (Genişləndirmə və Ötürücü Xəttin çəkilişi) üçün Quruda/Dənizdə Bərpa Olunan Mövcud Obyektə aid ölçülərin yoxlanması, emalat və quraşdırma xidmətlərinin təmini layihəsinin icrasına başlamışdır. Layihənin iş həcmi SD1 və SD2 arasında yeni 18" qaz və 6" kondensat ötürücü xəttinin çəkilişini əhatə etmiş, layihə uğurla başa çatmışdır.
Ümumi Layihələr