Customers
Areas of activity
Mühəndislik
Bizim mühəndislik məsələlərinin münasib həlli yollarını təmin edə bilən mütəxəssislər qrupumuz mövcuddur. Bura layihələrin planlaşdırılması və işlənməsi, layihələşdirmə əsasları, texniki-iqtisadi əsaslandırma və başqa mühəndislik xidmətləri daxildir.
İstehsalat
AZFEN MMC.-nin istehsalat sahəsi ildə 7,000 ton mürəkkəb polad konstruksiyalar istehsal etmək gücünə malikdir. Regionda ən böyük istehsalat sahələrindən birinə, səkkiz basketbol meydançasına bərabər əraziyə malik anbarı, daimi yeməkxana və yaşayış binaları, yükvurma meydançası, istirahət və əyləncə yerləri, tibb məntəqəsi və tam təchiz olunmuş təlim və daimi ofis binaları ilə AZFEN geniş çeşidli istehsalat xidmətlərini yerinə yetirmək imkanına malikdir.
Tikinti
Tikinti sahəsindəki səriştəmizi müqavilə tərəfdaşımız və məsləhətçimiz olan TEKFENin sayəsində əldə edirik. Onun köməyi ilə, laihələrin uğurla həyata keçirilməsinə nail olmuşuq. TEKFEN-in kompleks platformaların, boru xətti sistemlərinin və neft və qaz terminallarının tikintisi sahəsindəki təcrübəsi bizə regionda tiinti işlərində ən etibarlı tərəfdaş kimi nüfuz qazandlrmışdır.
Quraşdırma
Biz texnoloji, təhlükəsizlik, elektrik və nəzarət-ölcü avadanlıqlarının, eləcə də, boru və konstruksiyaların quruda və dənizdə quraşdırılması sahəsində təcrübə qazanmışıq. Şirkətimiz hər layihə üçün müstəqil Keyfiyyətə Nəzarət İşçi Qrupu təyin edir. Bu isə, quru və dəniz neft sənayesində müəyyənləşdirilmiş ən yüksək təhlükəsizlik texnikası və keyfiyyət standartlarının təmin edilməsi ilə nəticələnir.
Objects
Latest works
Projects
GEORGIA
Preparation and submission of us-built drawings and material supply tracking schemes, welding records/NDE (Non-Destructive Testing) schemes and certification packages
2018
World standards
AZERBAIJAN
The scope of the contract for this project includes the execution of all construction works related to the modernization and reconstruction project of the Heydar Aliyev Oil Refinery (HAOR) located in Baku (Azerbaijan), owned by the State Oil Company of the Republic of Azerbaijan (SOCAR).
2018
AZERBAIJAN
Fabrication of topsides for production and drilling platform equipped with living quarters located between Central Azeri (CA) and East Azeri (EA) platforms at a water depth of approximately 137 meters. Its weight is 17834 tons.
2019
Açıq məktub
Baş Direktordan
Həmid Həsənov
AZFEN MMC-in Baş Direktoru
"Azfen" MMC. 1996-cı ilin yanvar ayında yaranıb və Azərbaycanda beynəlxalq səviyyəli, dövlət əhəmiyyətli layihələri icra edən, o cümlədən neft və qaz layihələrində platformaların, boru kəmərlərinin, terminalların və s. tikintisini həyata keçirən bir müəssisədir. "Azfen" MMC.-nin məqsədi ölkəmizin neft və qaz sənayesi üçün mühüm əhəmiyyəti olan beynəlxalq səviyyəli layihələrdə uğurla iştirak etməkdən, hər layihədə yüksək göstəricilərə imza ataraq, növbəti beynəlxalq səviyyəli tenderlərdə qalib gəlməkdən və yeni-yeni irihəcmli, mürəkkəb texnologiyalı obyektlərin inşasında iştirak etməyə nail olmaqdan ibarətdir ki, fəaliyyət göstərdiyi 20 ildən artıq dövr ərzində də müəssisəmiz deyilən məqsədlərə yüksək formada çatıb.
"Azfen" MMC.-nin vəzifəsi isə, iştirak etdiyi bütün mühüm dövlət əhəmiyyətli layihələri müəyyən olunmuş vaxtda və yüksək beynəlxalq standartların tələbləri səviyyəsində icra etməkdən, işə cəlb etdiyi işçilərin professional səviyyəsinin yüksək olmasına, mütəmadi olaraq ölkə daxilində ve ölkə xaricində təlimlər keçməklə işçilərimizin kvalifikasiyasının artırılmasına, mühəndis-texniki işçilərin elm ve texnikanın bütün yeni nailiyyətlərini mənimsəməsinə, işçilər tərəfindən əmək intizamı tələblərinə əməl olunmasına, təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə, işçilərlə olan əmək münasibətlərinin qanunlara və mənəvi dəyərlərə uyğun olmaqla yüksək səviyyədə qurulmasına nail olmaqdan və işçilərin təhlükəsizliyinin, onların sağlamlığının qayğısına qalmaqdan ibarətdir.
Daha ƏtraflıNews
CATEGORIES
Ümummilli lider
Prezident
Birinci Vitse-Prezident