Azfen-də Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olundu
28.04.2025 tarixində “Ümumdünya Əməyin Mühafizəsi Günü” ilə əlaqədar Azf-103 layihə rəhbərliyi bütün layihə əməkdaşları ilə ümumi toplantı keçirmişdir. Toplantı zamanı bu xüsüsi Günün dünyada qeyd olunmasının əhəmiyyəti, iş yerlərində təhlükəsizliyin və sağlamlığın təmin olunması, mümkün təhlükələr, risklər və nəzarət tədbirləri barədə layihə əməkdaşlarına geniş məlumat verilmişdir.
Toplantı zamanı təhlükəsiz iş şəraitinə aktiv töhfə verən əməkdaşlar hədiyyələr və sertifikatlar ilə mükafatlandırılmışdır.
Kateqoriyalar