SƏTƏM Siyasəti

Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi Siyasəti

AZFEN MMC öz işgüzar fəaliyyətində sağlamlıq, əməyin təhlükəsizliyi, təhlükəsizlik və ətraf mühitin mühafizəsinin səmərəli şəkildə idarə
olunmasına mühüm əhəmiyyət verir və heç bir qəzaların baş verməyəcəyini, insanlara heç bir zərər dəyməyəcəyini və ətraf mühitə heç bir
ziyan vurulmayacağını öhdəsinə götürür və bütün bu sahələrdəki göstəricilərin davamlı yüksəldilməsini qarşısına məqsəd qoyur. AZFEN
MMC ətraf mühitin mühafizəsini, öz əməkdaşlarının və fəaliyyət göstərdiyi icmaların sağlamlığını, əməyin təhlükəsizliyini və təhlükəsizliyini
təmin etməyi tam öhdəsinə götürür. Bu öhdəliklərə nail olmaq üçün AZFEN MMC:

 
 
 
 
  • Qanunvericilik tələblərini və digər tələbləri, və öz minimum standartı kimi, sağlamlıq, əməyin təhlükəsizliyi, təhlükəsizlik və ətraf
    mühitin mühafizəsinə dair AZFEN MMC siyasətini yerinə yetirəcək;
  • Öz işgüzar qərarlarında sağlamlıq, əməyin təhlükəsizliyi, təhlükəsizlik və ətraf mühit üçün təsirlərin lazımınca nəzərə
    alındığına əmin olaraq, işgüzar fəaliyyətinin səmərəli şəkildə idarə olunmasının tərkib hissəsi kimi, sağlamlıq, əməyin
    təhlükəsizliyi, təhlükəsizlik və ətraf mühitin mühafizəsinin idarə olunması üzrə yüksək standartların tətbiqinə davam edəcək;
  • AZFEN MMC-nin prinsiplərinə uyğun sağlamlıq, əməyin təhlükəsizliyi, təhlükəsizlik və ətraf mühitin mühafizəsini idarəetmə
    sistemini işləyib hazırlayacaq, həyata keçirəcək və qoruyub saxlayacaq;
  • SƏTTƏM sahəsindəki başlıca məqsədlərinə nail olmağın həlledici şərti kimi, öz işçilərinin Sağlamlıq, Əməyin
    Təhlükəsizliyi, Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi üzrə təlimini və onların bu sahədə maarifləndirilməsini təmin
    edəcək;
  • Risklərin qiymətləndirilməsi və risklərin idarə olunması kimi ciddi bir prosesi həyata keçirəcək;
  • Əsasən, aşağıdakılara nəzərdə tutan prosedurları işləyib hazırlayacaq:
    • Təhlükəsiz və sağlamlığa və ətraf mühitə risk yaratmayan avadanlıqlar və iş sistemləri;
    • Məmulatların və maddələrin təyin edilməsi, istifadəsi, yüklənib-boşaldılması, saxlanması və daşınması üçün münasib
      tədbirlər;
    • Daşınma risklərinin müəyyən edilməsi və idarə olunması;
    • Qida Məhsullarının Təhlükəsizliyi və Peşə Sağlamlığı və Sanitar-Gigiyena Proqramları;
    • İşin təhlükəsiz və lazımi səlahiyyətə malik şəxslər tərəfindən ətraf mühit üçün risksiz yerinə yetirilməsini təmin etmək üçün
      müvafiq informasiya, təlimat, təlim və nəzarət;
    • Təhlükəsiz və davamlı binalar və iş yerləri, o cümlədən, onlara/onlardan giriş və çıxış; Müvafiq sanitar-məişət obyektləri ilə
      təmin edilmiş təhlükəsiz, etibarlı və sağlam əmək şəraiti;
    • Hazırlıq, tikinti və sonrakı istismar və layihələrin tamamlanmasından sonrakı texniki xidmət dövrü ərzində təhlükəsiz iş
      təcrübələrinin nəzərə alındığı, daxil edildiyi və tətbiq olunduğu, və istismar müddəti ərzində ətraf mühitə təsirlərin, o
      cümlədən, istismardan çıxarılmanın və silinmənin nəzərə alındığı planlar;
    • Bizim ümumi sağlamlıq, əməyin təhlükəsizliyi, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə göstəricilərimizin
      yüksəldiməsində iştirak etmələrinə imkan yaratmaq üçün, təchizatçılara rəhbərlik edilməsi və onların dəstəklənməsi;
    • Atmosferə, torpağa və suya çirkləndirici maddələrin atılmasının qarşısının alınması;
    • Təbii ehtiyatlardan səmərəli istifadə olunması;
    • İcmalara və ya ətraf mühitə qarşı xoşagəlməz hallara səbəb ola bilən səs-küyə, toza, qoxuya, titrəyişə, nəqliyyatın hərəkətinə
      və ya digər narahatlıq doğuran hallara və ya ekoloji təsirlərə nəzarət;
    • Tullantıların azaldılması və tullantıların atılmasının, o cümlədən, münasib olduqda utilizasiyasının idarə olunması;
  • Sağlamlıq, əməyin təhlükəsizliyi, təhlükəsizlik və ətraf mühitin mühafizəsinin təmin olunması üzrə daimi göstəriciləri işləyib hazırlayacaq və gözdən keçirəcək;
  • Baş vermiş hadisələrin əsas səbəblərini araşdıracaq və onların təkrarlanmasının qarşısını almaq üçün düzəliş tədbirləri görəcək;
  • Baş vermiş hadisələrin əsas səbəblərini araşdıracaq və onların təkrarlanmasının qarşısını almaq üçün düzəliş tədbirləri görəcək;
  • AZFEN MMC -nin bütün işçilərinə və subpodratçılarına məsləhətləşmədə və iştirakda dəstək verərək, onların təhlükəli vəziyyətdə
    yerinə yetirildiyini aşkar etdikləri, başqalarının sağlamlığına və təhlükəsizliyinə mənfi təsir göstərə bilən və ya ətraf mühit üçün
    zərərli ola biləcək hər hansı işi dayandırmaq hüququnun icrasında tam dəstəkləyəcək.
 

AZFEN MMC-nin Layihə Rəhbərləri və Sahə Rəhbərləri bu siyasətin yerinə yetirilməsinə görə ümumi cavabdehlik daşıyırlar və bütün sağlamlıq, əməyin təhlükəsizliyi, təhlükəsizlik və ətraf mühitin mühafizəsi məsələlərinə tam cavabdeh olacaqlar. Bütün işçilər bu siyasətin həyata keçirilməsinə kollektiv və şəxsi məsuliyyət daşıyırlar.

 

Həmid Həsənov

AZFEN MMC-in Baş Direktoru

Bu sənəd Yanvar 2024 imzalanıb

PDF yüklə

ALKOQOLLU İÇKİLƏR VƏ NARKOTİK VASİTƏLƏRDƏN SUİ-İSTİFADƏ SİYASƏTİ

AZFEN MMC öz işgüzar fəaliyyətində sağlamlıq, əməyin təhlükəsizliyi, təhlükəsizlik və ətraf mühitin mühafizəsinin səmərəli şəkildə idarə
olunmasına mühüm əhəmiyyət verir və heç bir qəzaların baş verməyəcəyini, insanlara heç bir zərər dəyməyəcəyini və ətraf mühitə heç bir
ziyan vurulmayacağını öhdəsinə götürür və bütün bu sahələrdəki göstəricilərin davamlı yüksəldilməsini qarşısına məqsəd qoyur. AZFEN
MMC ətraf mühitin mühafizəsini, öz əməkdaşlarının və fəaliyyət göstərdiyi icmaların sağlamlığını, əməyin təhlükəsizliyini və təhlükəsizliyini
təmin etməyi tam öhdəsinə götürür. Bu öhdəliklərə nail olmaq üçün AZFEN MMC:

 
 
 
 
  • AZFEN MMC Siyasətinin vəzifəsi bütün işçilər, podratçılar və ziyarətçilər üçün təhlükəsiz və sağlam iş şəraitinin yaradılmasına və saxlanılmasına nail olunmasını təmin etməkdir. Bu, alkoqollu içkilər və narkotik vasitələrin sui-istifadə təsirlərindən azad və eyni zamanda sağlamlığın qorunduğu bir iş şəraiti deməkdir.
  • AZFEN MMC-nə məlumdur ki, işçilər alkoqollu içkilər, narkotik vasitələr və ya sərbəst istifadəsi qadağan olunan maddələrdən sui-istifadə edərlərsə, onların effektiv iş icrası zəifləyər, işçilərin öz sağlamlıqlarına, eyni zamanda digər işçilərə və ümumilikdə bütün şirkətin əmək təhlükəsizliyinə, əmək effektivliyinə və məhsuldarlığına arzuolunmaz təsirlər yarada bilər.
  • AZFEN MMC mülkiyyətində olan ərazilərdə, istehsalat sahələrində və ya icarəyə götürdüyü ərazilərdə, və yaxud da AZFEN MMC adından iş həyata keçirilən ərazilərdə alkoqollu içkilərin, qeyri-qanuni və xüsusi nəzarət olunan maddələrin istifadəsi, saxlanması, paylanması və satılması ciddi şəkildə qadağandır.
  • AZFEN MMC işçilərin yüksək səviyyədə maarifləndirilməsini təmin etmək və idarəetmə heyətində çalışan əməkdaşlara qadağan olunmuş maddələrdən sui-istifadənin ilkin əlamətlərini müəyyən etmək məqsədi ilə Alkoqollu içkilər və narkotik maddələrdən sui-istifadə mövzusunda maarifləndirmə kampaniyaları və təlimlər təsis edəcəklər.
  • Yuxarıda qeyd olunan maddələrin təsiri altında olduğu aşkarlanan şəxslərə, ləngimədən və vəziyyətləri onların iş qabiliyyətinə mənfi təsir göstərməyincə və onların özlərinin, həmkarlarının və üçüncü tərəflərin sağlamlığlna zərər yetirməyincə, tibbi yardım üçün müraciət etmələri və bütün müvafiq müalicələri almaları təklif olunacaqdır.
  • AZFEN MMC işə qəbuldan öncə və periodik tibbi müayinə zamanı, qəza hadisəsi sonrası, təsadüfi seçmə üsulu ilə, əsaslandırılmış şübhə zamanı və ya digər tələb olunan hallarda işçiləri/ podratçıları/subpodratçıları alkoqollu içkilərin və ya narkotik vasitələrdən istifadəni yoxlama hüququna malikdir.
  • Test müayinəsi zamanı orqanizmində spirtli içkilər və narkotik maddələr aşkar olunan istənilən işçi bu siyasətin tələblərini pozmuş hesab olunacaq. Ona qarşı, işdən çıxarılma da daxil olmaqla, intizam tədbirləri görüləcəkdir.
  • Bu siyasətin tələblərinə uyğun olaraq testdən keçməyə etiraz edən, təqdim etdiyi test nümunəsinə kənar müdaxilə edən hər bir şəxs bu siyasətin tələblərini pozmuş hesab olunacaq. Ona qarşı, işdən çıxarılma da daxil olmaqla, intizam tədbirləri görüləcəkdir.
  • AZFEN MMC-nin Layihə Rəhbərləri və Sahə Rəhbərləri bu siyasətin həyata keçirilməsinə ümumi cavabadehlik daşıyırlar.
 

AZFEN MMC-nin Layihə Rəhbərləri və Sahə Rəhbərləri bu siyasətin yerinə yetirilməsinə görə ümumi cavabdehlik daşıyırlar və bütün sağlamlıq, əməyin təhlükəsizliyi, təhlükəsizlik və ətraf mühitin mühafizəsi məsələlərinə tam cavabdeh olacaqlar. Bütün işçilər bu siyasətin həyata keçirilməsinə kollektiv və şəxsi məsuliyyət daşıyırlar.

 

Həmid Həsənov

AZFEN MMC-in Baş Direktoru

Bu sənəd Yanvar 2024 imzalanıb

PDF yüklə