AZFEN 1996-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Tekfen İnşaat və Təsisat A.Ş. tərəfindən təsis edilmiş aparıcı yerli tikinti şirkətidir.
AZFEN-i xarakterizə edən başlıca cəhətlər:
Bizim missiyamız
Missiyamız yüksək səviyyəli idarəetmə, mühəndislik, tikinti, emalat və quraşdırma xidmətlərini həyata keçirməkdən ibarətdir. Təcrübə və yeniliklər bizə Xəzər Regionunda neft şirkətlərinə misilsiz xidmət göstərmək imkanı vermişdir. Biz iri neft və qaz layihələri üçün boru kəmərləri, platformalar və terminalların tikintisini həyata keçirmişik.
Hədəfimiz
Hədəfimiz fəaliyyətimizi dünyanın digər yerlərində də genişləndirməkdən ibarətdir.
AZFEN MMC 1996-cı ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (60% pay iştirak) və Tekfen İnşaat və Quraşdırma MMC tərəfindən yaradılmışdır. (40% iştirak payı).
Shares
60%
40%
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azərbaycanda neft və qaz yataqlarının kəşfiyyatı, neft, qaz və qaz kondensatının hasilatı, emalı və daşınması, yerli və beynəlxalq bazarlarda neft və neft-kimya məhsullarının marketinqi və sənayeyə və əhaliyə təbii qaz təchizatı ilə məşğuldur.
TEKFEN İnşaat və Təsisat A.Ş.
Subpodratçılarını da nəzərə almaqla, təqribən 28 min insanı işlə təmin edən və bu günə qədər hardasa, 400 layihəni həyata keçirmiş Tekfen Podratçı Qrupu Türkiyənin podrat sənayesinin ən uğurlu beynəlxalq təmsilçilərindən biridir. Bütün dünyada aktiv fəaliyyət göstərən beynəlxalq podratçı şirkət – Tekfen Podratçı Qrupu bir çox sektorlarda EPC (Mühəndislik, Təchizat və Tikinti) tələblərinə əsaslanan açar-təhvili həll yollarını təmin edir.