İşə Cəlbetmə ilə bağlı dələduzluq halları barədə bildiriş

 

 

İşə Cəlbetmə ilə bağlı dələduzluq halları barədə bildiriş

Bizə, bu yaxınlarda ayrı-ayrı şəxslər tərəfindən işə cəlbetmə portalları, email və ya sosial media platformaları vasitəsilə  namizədlərə süni iş təklifləri ilə  müraciət olunduğu dələduzluq halları məlumdur. Bu iş elanları, təklifləri və bildirişləri saxtadır və Azfen MMC belə fırıldaqçı təkliflərə görə heç bir məsuliyyət daşımır.

Xahiş edirik, məlumunuz olsun ki, Azfen MMC-dəki bütün iş elanları şirkətin rəsmi websaytında və Linkedin səhifəsində sadalanlır. Azfen MMC-nin saytında və Linkedin səhifəsində  elan olunmamış iş təklifləri qeyri-qanunidir. Azfen MMC bir çox əməkdaşların iştirakı ilə fərdi qaydada müsahibələrin daxil olduğu əsaslı işə qəbuletmə prosesini  tamamlamadan, hər hansı iş təklifləri irəli sürmür.

İşlə bağlı müraciətinizlə əlaqədar hər hansı ünsiyyətdə dələduzluq əməlinin ola biləcəyindən şübhələndiyiniz halda, dərhal Azfen MMC ilə press@azfen.com vasitəsilə əlaqə saxlamağınızı xahiş edirik. Həmçinin, namizədlərə hər hansı belə dələduzluq halı barədə əladədar hüquq mühafizə orqanlarını dərhal məlumatlandırmaları təkidlə tövsiyə olunur.

 

 

Kateqoriyalar

  • Bütün məqalələr
  • Xəbərlər
  • Bloq
  • Bilik
  • Hüquq
  • Sertifikat
  • Treninglər