Müraciət
İlk olaraq, vətəndaş vakansiyalar bölməsindən bilik, bacarıq və təcrübəsinə ən çox uyğun olan vəzifəni tapır, müraciət et düyməsi ilə i-müfaviq formu doldurur və ya ii-CV-sini ya e-mail vasitəsi ilə , ya da bir başa cv-ni yükləmək yolu ilə ,bizim insan resursları departamentinə göndərir.
Yoxlanış
Növbəti mərhələdə, müraciət olunan vakansiyanın tələbləri ilə vətəndaşın təcrübə və bacarıqlarının uyğunluğu insan resursları əməkdaşları tərəfindən yoxlanılır, axtarılan keyfiyyətlərə sahib olan namizədlər müraciət edilmiş vakansiyadan asılı olaraq bir və yaxud iki mərhələli test mərhələsinə dəvət alır. Müraciət edilmiş vakansiyanın növündən asılı olaraq test mərhələsində vətəndaşın ümumi biliyi və müvafiq sahə üzrə bilik və bacarıqları ölçülür.
Müsahibə
Test mərhələsini uğurla tamamlamış namizədlər əsas iş yeri üzrə aparılan iki mərhələli müsahibə prosesinə dəvət edilir. İlk olaraq insan resursları mütəxəssisləri ilə, növbəti mərhələdə isə namizədin müraciət etdiyi vakansiyaya uyğun olaraq aidiyyatı departamentin mütəxəssisləri ilə müsahibə keçirilir.
Cavab
Müraciət edən, uyğun olan və ya olmayan, test mərhələsini keçən və ya keçməyən , son mərhələdə işə qəbul edilən və edilməyən bütün namizədlər bu barədə məlumatlandırılır.