29 İllik Uğur və Etimad Tarixi!

11 Yanvar 2025                                                                                                                                                                                                                                                         

 

29 İllik Uğur və Etimad Tarixi!

Bu gün, 11 yanvar 2025-ci il tarixi, Azərbaycan Respublikası tərəfindən Dövlət Neft Şirkəti və Türkiyə Respublikası tərəfindən isə “Tekfen İnşaat və Təsisat A.Ş”-nin birgə təsis etdikləri Şirkətimizin, Azərbaycan-Türkiyə “Azfen” Birgə Müəssisəsinin Azərbaycan Respublikasında yaradılan birgə müəssisələrin reyestrində dövlət qeydiyyatına (Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Şəhadətnamə № 04/6-25, 11 yanvar 1996-cı il, Qeydiyyat № 1006) alındığı gündür.

Birgə Müəssisə “Əsrin müqaviləsi” çərçivəsində ARDNŞ və ABƏŞ ilə əlaqədar neft-qaz sənayesi sahəsində hər növ inşaat, təsisat, emalat, tədqiqat, nəqliyyat, təchizat, mühəndislik, layihə idarəçiliyi və s. fəaliyyətlərlə əlaqədar işləri kommersiya əsasında həyata keçirmək məqsədi ilə yaradılmışdır.

29 il əvvəl, 1996-cı ilin 11 yanvar tarixində dövlət qeydiyyatına alınan və həmin ilin 03 iyun tarixində fəaliyyətə başlayan müəssisəmiz, ötən illər ərzində ölkənin milli iqtisadiyyatının inkişafına xüsusi töhfələr verən, xüsusən də tikinti-quraşdırma, inşaat və mühəndislik sahələrindəki təsərrüfat subyektlərinin flaqmanlarından birinə çevrilmişdir.

Azfen MMC-nin 29 illik tarixi yalnız neft-qaz sənayesində layihələrin uğurla həyata keçirilməsi kimi deyil, həm də milli-mənəvi dəyərlərə, yeniliklərə və müştərilərimizlə qurulan möhkəm tərəfdaşlıq münasibətlərinə söykənir. Hər bir nailiyyətimiz, peşəkar komanda üzvlərimizin fədakarlığı və tərəfdaşlarımızın bizə olan etibarı və etimadı ilə yazılmışdır.

Bu YUBİLEY keçmiş uğurlarımızı qeyd etməklə yanaşı, gələcəyə baxışımızı yenidən möhkəmləndirir. Azfen MMC olaraq, hədəfimiz dəyişməzdir: yüksək keyfiyyət standartları, innovativ yanaşma, Azərbaycanımızın davamlı iqtisadi inkişafına və milli təhlükəsizliyinə töhfə vermək.

Bu əlamətdar gündə, bütün “Azfençilərə”, bizimlə birlikdə olan əməkdaşlara və tərəfdaşlara dərin minnətdarlığımızı bildiririk. Azfen MMC-nin uğurları birlikdə yazılan bir memarlıq əsəridir və biz bu əsəri daha da dəyərli etmək və zənginləşdirmək üçün yüksələn xətlə irəliləməyə davam edəcəyik.

 

KATEQORİYALAR

  • Bütün məqalələr
  • Xəbərlər
  • Bloq
  • Bilik
  • Hüquq
  • Sertifikat
  • Treninglər