Azfen Təlim Mərkəzi 58 daxili təlim kursu keçir, həmçinin, 3-cü tərəf təlim şirkətləri tərəfindən 129 təlim kursu təqdim olunur. Ümumilikdə 79 SƏTƏM və 108 peşə üzrə kurs mövcuddur. 2003-2025-ci illər arasında ümumi təlim göstəricisi 2,740,756 adam-saat təşkil edir.
Təlim binası 17 otaq və praktik sahədən ibarətdir. Burada 7 tam təchiz olunmuş sinif otağı, yeməkxana, surət çıxarma otağı, təcili toplantılar üçün otaq və hündürlükdə iş təlimləri üçün praktiki sahə mövcuddur.
Layihələr | Adam-saat | Vaxt çərçivəsi |
---|---|---|
CWP | 324,401 | 2003-2005 |
PCWU | 153,734 | 2005-2007 |
BP Logistics Base Upgrade | 4,407 | 2009-2010 |
COP-WC | 532,661 | 2010-2013 |
SD2 | 712,215 | 2014-2018 |
ACE | 974,974 | 2019-2023 |
EA Power Brownfield | 3,950 | 2021-2023 |
SDAP Brownfield | 9,247 | 2023- Davam edir |
Brownfield FOW | 19,534 | 2023- Davam edir |
Azfen Garage (AZF-034) | 1,080 | 2023- Davam edir |
Provision of Core Maintenance | 2,179 | 2024- Davam edir |
Well Jumper | 2,042 | 2024- Davam edir |
STEL | 332 | 2025- Davam edir |
Ümumi saat: | 2,740,756.00 |
Qaynaq məktəbi 18 kabinlik karbon polad və 11 kabinlik xüsusi qaynaq məktəblərini, qazla kəsmə sahəsini və sıxılmış qaz balonları saxlanma sahəsini özündə birləşdirir. Son layihədə 500-dən çox qaynaqçı ixtisaslaşmışdır.
Elektrik və NÖÇ məktəbi
Elektrik və NÖÇ məktəbi ərazisi isə aşağıdakılardan ibarətdir:
- 25 kabinlik elektrik məktəbi
- 5 kabinlik NÖÇ məktəbi
Hündürlükdə İş təlim ərazisi
Hündürlükdə İş təlimini keçmək üçün Azfen MMC hüsusi FHN lisenziyasını əldə edib.
2024-cü ildə keçirilmiş təlim proqramları
Susma danış
Davranış Kodu & Rüşvətxorluğa və Korrupsiyaya Qarşı Mübarizə
Təhlükəsizlik Müşahidəsi - Nəzarətçi və Ustalar üçün Praktiki Təhlükəsiz Lider Təlim Proqramı
RYD Nümayəndəsi
Bu təlim proqramları Azfen Təlim, SƏTƏM, Etika və Uyğunluq Qruplarının sıx əməkdaşlığı ilə hazırlanmışdır.