8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik!
Bu gün Azfen MMC-də 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə dəyərli xanım əməkdaşlarımız üçün xüsusi tədbir keçirildi. Şirkətimizin Baş direktoru cənab Həmid Həsənov bütün xanım əməkdaşlarımızı bu əlamətdar gün münasibətilə təbrik etdi, onlara uğurlar, xoşbəxtlik və sağlam həyat arzuladı.
Daha sonra şirkətimizin digər rəhbər şəxsləri də təbriklərə qoşularaq, xanım əməkdaşlarımıza xoş sözlər söylədilər və onların şirkətimizin uğurlarında oynadıqları mühüm rolu vurğuladılar.
Azfen MMC olaraq, bütün xanımları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, onlara işlərində və şəxsi həyatlarında bol-bol uğurlar arzulayırıq!
#Azfen #8Mart #BeynəlxalqQadınlarGünü #Təbrik
Kateqoriyalar