İşə Cəlbetmə ilə bağlı dələduzluq halları barədə bildiriş
Bizə, bu yaxınlarda ayrı-ayrı şəxslər tərəfindən işə cəlbetmə portalları, email və ya sosial media platformaları vasitəsilə namizədlərə süni iş təklifləri ilə müraciət olunduğu dələduzluq halları məlumdur. Bu iş elanları, təklifləri və bildirişləri saxtadır və Azfen MMC belə fırıldaqçı təkliflərə görə heç bir məsuliyyət daşımır.
Xahiş edirik, məlumunuz olsun ki, Azfen MMC-dəki bütün iş elanları şirkətin rəsmi websaytında və Linkedin səhifəsində sadalanlır. Azfen MMC-nin saytında və Linkedin səhifəsində elan olunmamış iş təklifləri qeyri-qanunidir. Azfen MMC bir çox əməkdaşların iştirakı ilə fərdi qaydada müsahibələrin daxil olduğu əsaslı işə qəbuletmə prosesini tamamlamadan, hər hansı iş təklifləri irəli sürmür.
İşlə bağlı müraciətinizlə əlaqədar hər hansı ünsiyyətdə dələduzluq əməlinin ola biləcəyindən şübhələndiyiniz halda, dərhal Azfen MMC ilə press@azfen.com vasitəsilə əlaqə saxlamağınızı xahiş edirik. Həmçinin, namizədlərə hər hansı belə dələduzluq halı barədə əladədar hüquq mühafizə orqanlarını dərhal məlumatlandırmaları təkidlə tövsiyə olunur.
Kateqoriyalar