bp ACE layihəsində daha bir uğura nail olub

Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının operatoru kimi bp bildirir ki, AÇG-nin işlənməsinin növbəti mərhələsi olan Azəri Mərkəzi Şərqi (ACE) layihəsi çərçivəsində iki nəhəng qazma modulu təhlükəsiz və səmərəli şəkildə lazımi yüksəkliyə qaldırılaraq relslərlə sürüşdürmə üsulu ilə  hal-hazırda tikilməkdə olan ACE üst tikililər blokunun üzərinə yerləşdirib.  


İki qazma modulu bunlardır: çəkisi 2350 ton, uzunluğu 43m, eni 20m və hündürlüyü 20m olan modullu qazmaya dəstək modulu (MQDM) və çəkisi 2400 ton, uzunluğu 32m, eni 22m, hündürlüyü 80m olan qazma avadanlığı dəsti (QAD). Bu iki qazma modulu ACE-in  üst tikililər blokundan kənarda “qaldırma və sürüşdürmə” əməliyyatınadək ayrıca inşa olunub.  Modullar Bibiheybətdəki istehsalat-quraşdırma sahəsində inşa edilib.

 

ACE layihəsinin baş meneceri Nil Fillips dedi:

 

“Bu, bp-nin Xəzərdə ilk dəfə icra etdiyi və dəqiqliklə planlaşdırılmış mürəkkəb bir əməliyyat idi. Əməliyyat prosesi belə oldu - əvvəlcə modulları üst tikililərin göyərtəsinin yanında olan əsas qaldırma yerinə aparmaq üçün onların altına özü hərəkət edən qoşqular yerləşdirildi və bu qoşqularla modullar göyərtənin yanında aparıldı, sonra modulların altına əlavə polad kasetlər yerləşdirməklə onlar təxminən 27 metr lazım olan hündürlüyə qaldırıldı. Bundan sonra hidravlik itələyici domkratlar vasitəsilə modullar göyərtənin üzərinə sürüşdürüldü və öz daimi mövqelərinə yerləşdirildi. Bu, unikal əməliyyatı təhlükəsiz şəkildə və qrafiki qabaqlayaraq həyata keçirdiyimiz üçün çox qürurluyuq. Bu, bizə modulun inteqrasiyasından əvvəl istismar sınağına başlamaq imkanı yaradıb."

 

 

bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionu, həmçinin Misir və Oman üçün layihələr üzrə vitse-prezidenti Kahal Kelli dedi:

 

"bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionu, həmçinin Rusiya, Misir və Oman üçün layihələr üzrə vitse-prezidenti Kahal Kelli dedi: “İki qazma qurğusunun ACE-in üst tikililər göyərtəsinə qaldırılması və uğurlu inteqrasiyası ACE layihəsinin tam başa çatdırılması istiqamətində nail olunmuş əlamətdar hadisədir. Bu əməliyyatın uğurla yerinə yetirilməsi Azfen, NOV, SOCAR-KBR və Mammoet daxil olmaqla ACE layihəsinin podratçıları ilə sıx əməkdaşlıqda aparılmış təxminən dörd illik mühəndis-layihələndirmə və istehsal işlərinin nəticəsidir. Bu mühüm nailiyyətdə əməyi olan hər kəsə təşəkkür edirəm."

 

 

bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi:

 

"AÇG yatağından hasilatın səmərəli şəkildə idarə olunması istiqamətində göstərdiyimiz səylərə dəstək olacaq növbəti AÇG platforması - ACE platformasının istismara verilməsi üzrə işlər plana uyğun irəliləməkdədir. 2017-ci ildə biz AÇG üzrə sazişi əsrin ortalarınadək uzatdıq və Azərbaycanın uzunmüddətli enerji tərəfdaşı olaraq AÇG əməliyyatlarını təhlükəsiz, səmərəli və etibarlı şəkildə davam etdirmək öhdəliyimizə sadiqik.


Biz Azərbaycanda 30 ildir fəaliyyət göstəririk və ən azı növbəti üç onillik ərzində də burada olacağıq ki, bu ölkənin hökuməti, SOCAR və tərəfdaşlarımızla birgə işləyərək yeni sərmayələr, texnologiyalar və yeni birgə səylər vasitəsilə AÇG-nin uzunmüddətli istismar potensialını reallaşdıraq."

 

ACE layihəsi üzrə işlər ümumilikdə 75% tamamlanıb və hazırda ən yüksək həddədir. Bu işlərə Bakı, Avropa və Birləşmiş Krallıqda 5000 nəfər insan cəlb olunub ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.

 

Redaktorlar üçün qeydlər

 

CATEGORIES

  • All articles
  • News
  • Blog
  • Knowledge
  • Right
  • Certificate
  • Trainings