Karyera

Müasir dünyada şirkətin uğuru təkcə onun məhsul və xidmətlərinin keyfiyyətindən deyil, həm də işçilərinə verdiyi dəyərdən asılıdır.

 

Bizim şirkətin "İnsan Resursları" bölməsində iş elanları, karyera imkanları, işçilərə təklif olunan üstünlüklər, işə qəbul prosesləri və daha çox məlumatları tapa bilərsiniz.

 
 

 

 

Şəffaflıq və açıqlıq

Biz proseslərimizdə şəffaf və açıq olmağa çalışırıq ki, mövcud və potensial işçilərimiz şirkətimizin korporativ mədəniyyətini və dəyərlərini daha yaxşı başa düşə bilsinlər.

 

Karyera imkanları

Siz, bizim Vakansiyalar bölməmizdən sizin səriştəliklərinizə uyğun Vakansiyalar tapa bilər, uyğun vakansiya asanlıqla müraciət edə bilərsiniz.

 

İşçilərin üstünlükləri və hüquqları

Biz, əməkdaşlarımıza kifayət qədər rəqabətli və cəlbedici üstünlüklər və imtiyazlar təklif edir, bunun müasir dünyada ehtiyacdan daha çox tələb olduğunu başa düşürük. Sağlamlıq sığortası, ödənişli istirahət günləri*,Peşəkar inkişaf, Nəqliyyat və yemək, bonuslar və premiyalar kimi üstünlüklərlə yanaşı daha bir çox üstünlükləri əməkdaşlarımıza təklif edirik.

 

Təlim və inkişaf

Biz işçilərimizin davamlı peşəkar inkişafını müxtəlif təlim və inkişaf proqramları vasitəsilə dəstəkləyirik.

 

Müxtəliflik və inklüzivlik siyasəti

Biz, AZFEN MMC ailəsi olaraq iş yerlərimizdə bütün fərdlərin, kimlik, təcrübə və bacarıqlarından asılı olmayaraq, eyni dərəcədə hörmət və dəyər gördüyü bir mühit yaratmağa çalışır, bunun əhəmiyyətini dərk edirik. Bu anlayışların iş yerlərini daha güclü, ədalətli və davamlı olmasının təməli olduğunu bilirik. Müxtəliflik və inklüzivlik təkcə etik dəyər, həm də strateji üstünlükdür.

Vakansiyalar

İR Siyasətimiz

 
 

Müasir iş dünyasında şirkətlərin uğurunun açarı təkcə məhsul və ya xidmətlərinin keyfiyyəti deyil, həm də işçilərinin dəyərinə verilən önəmdir.

Biz MMC şirkəti olaraq, bu nöqtədə İnsan Resurslarına investisiya qoyuluşunun əhəmiyyətini başa düşür və fəaliyyətimizin ilk günündən etibarən insan resurslarının inkişafını əsas prioritetlərdən biri kimi qəbul edirik. İnsan kapitalı bizim ən dəyərli kapitalımızdır.

AZFEN MMC ailəsinə qatılmaq

İş dünyası sürətlə dəyişir və biz bu dəyişikliklə ayaqlaşmağın vacibliyini bilirik. Biz davamlı öyrənməni təşviq edir və təlim və inkişaf imkanları təqdim edirikBiz işçilərimizə bacarıqlarını gücləndirmək və karyera nərdivanını sürətlə yüksəltmək üçün müxtəlif proqramlar və resurslar təklif edirik.

MMC ailəsi fərqlilikləri qəbul etmək və müxtəlif perspektivlərdən güc qazanmaq üçün birləşmiş icmadır. Müxtəliflik bizim biznes fəaliyyətimizin əsas hissəsidir və hər bir işçinin unikal xüsusiyyətləri şirkətimizi daha da gücləndirir. Birlikdə daha böyük uğurlara nail olmaq üçün MMC komandasına qoşulun”

Vakansiyalar

İşə qəbul prosesi

İlk olaraq, vətəndaş vakansiyalar bölməsindən bilik, bacarıq və təcrübəsinə ən çox uyğun olan vəzifəni tapır, müraciət et düyməsi ilə i-müfaviq formu doldurur və ya ii-CV-sini ya e-mail vasitəsi ilə , ya da bir başa cv-ni yükləmək yolu ilə ,bizim insan resursları departamentinə göndərir.

Daha çox bax

Təlim və İnkişaf