Etibarımız, peşəkarlığımız və yüksək keyfiyyətimizlə neft obyektlərinin tikintisində liderik. İllərin təcrübəsi və uğurlu layihələrlə müştərilərimizin inamını qazanmışıq.
420 000 m2
Platformalar və dəniz işləri üçün Bayıl həyəti64 070 m2
Bayılda sexlər/anbarın yükboşaltma meydançası və qapalı texniki xidmət/təmir əraziləri30 300 m2
Bayılda konstruksiyalar üçün açıq anbar ərazisi1 070 m2
Baş ofisEtibarımız, peşəkarlığımız və yüksək keyfiyyətimizlə neft obyektlərinin tikintisində liderik.
516 172 m2
Ümumi sahəAZFEN MMC yarandığı 1996-cı ildən bu günə kimi Neft sənayesinin inkişafında böyük işlərə, layihələrə imza atmışdır. Bu gün də AZFEN Birgə Müəssisəsi Neft sənayesinin inkişafı üçün uğurlu və çoxşaxəli layihələr həyata keçirir. AZFEN Birgə Müəssisəsi yarandığı gündən bu günə kimi müəssisənin nəqliyyat qolu olan Qaraj İşlətmə Sahəsi fəaliyyət göstərir.
İlk vaxtalarda Qaraj İşlətmə Sahəsində 5-6 minik maşını və bir neçə avadanlıq var idisə, hal-hazırda müəssisənin balansında 147 minik, 35 yük, 28 mexanizm və yüzlərlə avadanlıqlar mövcuddur. Bu gün Qaraj Sahəsi həmin maşınlara, mexanizmlərə və avadanlıqlara vaxtlı-vaxtında düzgün qulluq göstərilməsi və onların təmiri xidmətərini həyata keçirir. Kollektiv olaraq cəmi 34 nəfərdən ibarət olan işçi heyəti ilə böyük işlər görməkdədirlər.
Bu gün Qaraj sahəsi 7 nəfər mühəndis, 1 nəfər texniki işçi və 26 nəfər xidmətedici heyətdən (xadimə 2, fəhlə 1, sürücü 13, təmirçi ustalar 10) ibarətdir. Burada iki təmir sexi fəliyyət göstərir. Bunlardan biri minik maşınları və ikincisi isə, yük maşınlarının təmir sexidir. Həmin təmir sexləri müəssisənin layihələrində çalışan maşın, mexanizm və avadanlıqların təmirinə xidmət edir.
Burada çalışan 10 nəfərlik işçi (çilingər, qaynaqçı, mühərrikçi və digər peşə sahibləri) müəssisənin layihələrində çalışan nəqliyyat vasitələrinin vaxtlı-vaxtında təmiri və onlara xidmət göstərilməsi ilə məşğuldurlar. Bundan əlavə, Qaraj İşlətmə Sahəsi ərazisində ofis binası, yeməkxana və digər yardımçı təsərrüfatlar vardır. Bu gün də bu kiçik kollektiv AZFEN B.M-nin həyata keçirdiyi bütün layihələrdə öz uğurlu işləri və səmərəli fəaliyyətləri ilə qabaqcıl yerdədir.
AZFEN MMC-in istehsalat sahəsi 1997-ci ildən fəaliyyət göstərir.
AZFEN MMC-in Bayıl istehsalat sahəsi istehsalat üçün zəruri olan yüklərin, malların, avadanlıqların, həmçinin, işçilərin effektiv logistikasının təmin olunması nöqteyi-nəzərindən çox əlverişli mövqedə yerləşir. İstehsalat sahəsi AZFEN Mərkəzi Ofisindən 5-6 km məsafədə yerləşməklə yanaşı, beynəlxalq hava limanından 35-40 km, Lökbatan dəmiryol stansiyasından isə 12 km məsafədə yerləşir.
İlkin fəaliyyəti dövründə, 1997-ci ildə istehsalat sahəsi 24 ha ərazidə fəaliyyət göstərirdisə, hal-hazırda ümümi sahəsi 47 ha-dan çoxdur. Regionda ən böyük istehsalat sahələrindən biridir. Bayıl istehsalat sahəsində yükgötürmə qabiliyyəti 25000 tn olan, eyni vaxtda 2 ədəd platformanın inşasına imkan verən sürüşmə yolu, 4 ədəd metal konstruksiya, 2 ədəd boru və 3 ədəd qumlama-boyama sexləri, anbarlar, daimi yeməkxanalar və paltardəyişmə binaları, dənizdən gələn yükləri qəbul etmək üçün yükləmə-boşaltma meydançası, istirahət yerləri, tibb məntəqəsi və tam təchiz olunmuş təlim və daimi ofis binaları yerləşir. AZFEN MMC-in istehsalat sahəsi geniş çeşidli istehsalat xidmətlərini yerinə yetirməklə yanaşı, ildə 20,000 ton mürəkkəb metal və boru konstruksiyaları layihələndirmək və istehsal etmək gücünə malikdir.
AZFEN MMC-in istehsalat sahəsi ən müasir avadanlıqlarla təchiz olunmuş dəniz platformaları üçün üst tikililəri inşa edən unikal sahədir. Belə ki, paralel olaraq ümümi çəkisi 30000 t-a qədər olan iki ədəd dəniz platforması üçün üst tikililəri inşa etmək imkanındadır.
Cənub Polad konstruksiyaların isthsalat sexi | 3 240 T/ildə |
Şimal polad konstruksiyaların istehsalat sexi | 4 500 T/ildə |
Polad konstruksiyaların emalatı sexi | 8 400 T/ildə |
Qərb istehsalat sexi (Boru dayağı) | 1 800 T/ildə |
Boru spullarının emalatı sexi | 600 000 düym/ildə |
FRP (Şüşə liflə gücləndirilmiş plastik) spulların emalatı sexi | 165 T/ildə |
Qumlama və Boya sexi 1 | 7 600 m2/ayda |
Qumlama və Boya Sexi 2 | 5 000 m2/ayda |
Qumlama və Boya Sexi 3 | 9 000 m2/ayda |
Qumlama və Boya Sexi 4 | 6 500 m2/ayda |
Ekzotik boruların qumlama və boya sexi | 7 600 m2/ayda |
Dənəvər materiallarla sırnaqlı təmizləmə sexi | 10 100 m2/ayda |