AGT (Azərbaycan Gürcüstan Türkiyə) Regionu üçün Emalat və Tikinti Xidmətlərinin Təmini. Gürcüstanda emalat, quraşdırma, tikinti, nəzarət-ölçü cihazlarının və elektrik avadanlıqlarının təmiri xidmətlərinin təmini.

 

Azfen Təlim Mərkəzi 2003-cü ildən fəaliyyət göstərir və şirkətin bütün layihələrində SƏTƏM və peşə üzrə təlimlərin təşkilini həyata keçirir. Təlim ehtiyacları layihələrin təlim matriksinə əsasən müəyyən edilir. Mərkəzin məqsədi, bütün layihələr üzrə əhatəli təlim proqramlarını hazırlamaq və tətbiq etməkdir. 

 

Azfen Təlim Mərkəzi 58 daxili təlim kursu keçir, həmçinin, 3-cü tərəf təlim şirkətləri tərəfindən 129 təlim kursu təqdim olunur. Ümumilikdə 79 SƏTƏM və 108 peşə üzrə kurs mövcuddur. 2003-2025-ci illər arasında ümumi təlim göstəricisi 2,740,756 adam-saat təşkil edir. 

 

Təlim binası 17 otaq və praktik sahədən ibarətdir. Burada 7 tam təchiz olunmuş sinif otağı, yeməkxana, surət çıxarma otağı, təcili toplantılar üçün otaq və hündürlükdə iş təlimləri üçün praktiki sahə mövcuddur. SƏTƏM təlimləri bu binada həyata keçirilir. 

 

Layihələr üzrə Təlim Saatları

Layihələr Adam-saat Vaxt çərçivəsi
CWP 324,401 2003-2005
PCWU 153,734 2005-2007
BP Logistics Base Upgrade 4,407 2009-2010
COP-WC 532,661 2010-2013
SD2 712,215 2014-2018
ACE 974,974 2019-2023
EA Power Brownfield 3,950 2021-2023
SDAP Brownfield 9,247 2023- Davam edir
Brownfield FOW 19,534 2023- Davam edir
Azfen Garage (AZF-034) 1,080 2023- Davam edir
Provision of Core Maintenance 2,179 2024- Davam edir
Well Jumper 2,042 2024- Davam edir
STEL 332 2025- Davam edir
Ümumi saat: 2,740,756.00

Qaynaq Məktəbi

Qaynaq məktəbi 18 kabinlik karbon polad və 11 kabinlik xüsusi qaynaq məktəblərini, qazla kəsmə sahəsini və sıxılmış qaz balonları saxlanma sahəsini özündə birləşdirir. Son layihədə 500-dən çox qaynaqçı ixtisaslaşmışdır.

 

 

Elektrik və NÖÇ məktəbi 

Elektrik və NÖÇ məktəbi ərazisi isə aşağıdakılardan ibarətdir: 
- 25 kabinlik elektrik məktəbi 
- 5 kabinlik NÖÇ məktəbi 

 

                                  

 

 

 

Hündürlükdə İş təlim ərazisi 

Hündürlükdə İş təlimini keçmək üçün Azfen MMC hüsusi FHN lisenziyasını əldə edib. 

 

           

 

 

2024-cü ildə keçirilmiş təlim proqramları 

Susma danış 

Davranış Kodu & Rüşvətxorluğa və Korrupsiyaya Qarşı Mübarizə  

Təhlükəsizlik Müşahidəsi - Nəzarətçi və Ustalar üçün Praktiki Təhlükəsiz Lider Təlim Proqramı  

RYD Nümayəndəsi 

 

Bu təlim proqramları Azfen Təlim, SƏTƏM, Etika və Uyğunluq Qruplarının sıx əməkdaşlığı ilə hazırlanmışdır. 

 

    

PDF
PDF

Digər Layihələr