LAYİHƏLƏR

news1

2019-cu ildə həyata keçiriləcək Layihə

ACE (Mərkəzi Şərqi Azəri) neft hasilat platforması üçün qazma qurğusu, yaşayış blokları ilə təchiz olunmuş üst tikilinin inşasına 2019-cu ildə başlanması nəzərdə tutulur. Suyun təxminən 137 metr dərinliyində, Mərkəzi Azəri (MA) və Şərqi Azəri (ŞA) platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platformasının üst tikilisinin AZFEN B.M. İstehsalat sahəsindən dənizə yola salınması 2022-ci ilin ikinci yarısında nəzərdə tutulur. Çəkisi – 17834 tondur.

news1

Heydər Əliyev adına Neftayırma Zavodunun (HAOR) Modernizasiyası və Rekonstruksiyası Layihəsi

AZFEN B.M. İş No.:             AZF-099

Yer:                                         Azərbaycan

Sifarişçi:                                 SOCAR HAOR (Heydər Əliyev adına Neftayırma

                                                Zavodu )

Podratçı:                               TR

Subpodratçı:                        AZFEN B.M. 

Başlanma tarixi:                  10.09.2018

Bitmə tarixi:                         Davam edir  

 

Bu layihə üzrə müqavilənin iş həcmi Bakıda (Azərbaycan) yerləşən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) məxsus, Heydər Əliyev adına neftayırma zavodunun (HAOR) modernizasiyası və yenidən qurulması layihəsi ilə bağlı bütün  tikinti işlərinin  icrasını əhatə edir.

Müqavilədəki ş iş həcminə bütün EMEI işlərinin (İlkin Mexanika, Elektrik və Nəzarət Ölçü Cihazlarının Quraşdırılması İşləri) icrası üçün zəruri olan bütün əməliyyatların və aşağıda göstərilən və  fəaliyyət sahəsinə görə bölünmüş  iş elementlərinin  yerinə yetirilib tamamlanması üçün tələb olunan bütün xidmətlərin  daxil olduğu hesab edilir.

Yerinə yetiriləcək iş elementləri aşağıdakılardan ibarətdir:

  • Mexaniki işlər
  • Elektrik və nəzarət-ölçü cihazlarının quraşdırılması işləri;
  • Bağlantı/birləşdirmə işləriTie-ins (o cümlədən, boruların qaynağı, sürgülərin, dayaqların və s.-nin quraşdırılması);
  • EPCM/podratçı üçün müvəqqəti qurğuların/avadanlıqların təmini.

 

news1

AGT (Azərbycan Gürcüstan Türkiyə) Regionu üçün Emalat və Tikinti Xidmətlərinin Təmini Gürcüstanda emalat, quraşdırma, tikinti, nəzarət-ölçü cihazlarının və elektrik avadanlıqlarının təmiri xidmətlərinin təmini

AZFEN B.M. İş No.:               AZF-098

Yer:                                           Gürcüstan

Sifarişçi:                                   BP Exploration (Caspian Sea) Limited

Podratçı:                                 TEKFEN-AZFEN   

Başlanma tarixi:                    19.03.2018

Bitmə tarixi:                           Davam edir

 

AGT Regionu üçün təmin ediləcək xidmətlər aşağıdakıları əhatə edir:

 

MÜLKİ TİKİNTİ İŞLƏRİ

 

Ümumi tikinti və quraşdırma işləri həcmi aşağıdakıları əhatə edir, lakin bunlarla məhdudlaşmır:


Tikintiyə yararlılıq yoxlamalarında iştirak

 
Risklərin nəzərdən keçirilməsi üzrə toplantılarda iştirak və risk qiymətləndirmələrinin hazırlanması                     
 
İcra çeryojlarının və materialların təchizinin təqibi sxemlərinin, qaynaq işləri üzrə qeydlərin/NDE (Qeyri Dağıdıcı Yoxlama) sxemlərinin hazırlanması və sertifikatların verilməsi paketlərinin tərtibi və təqdimi

 

EMALAT

 

Emalat işləri həcminə aşağıdakılar daxildir, lakin bunlarla məhdudlaşmır:

 

Texnoloji proses

Boruların yoxlanması və keyfiyyəti

Boruların təmizlənməsi

Boruların emalatı

Metal konstruksiyaların emalatı

Tutumların/çənlərin hazırlanması

Yoxlama və test

Tikintiyə yararlılıq yoxlamalarında iştirak

Risklərin nəzərdən keçirilməsi üzrə toplantılarda iştirak və risk qiymətləndirmələrinin hazırlanması

İcra çeryojlarının və materialların təchizinin təqibi sxemlərinin, qaynaq işləri üzrə qeydlərin/NDE (Qeyri Dağıdıcı Yoxlama) sxemlərinin hazırlanması və sertifikatların verilməsi paketlərinin tərtibi və təqdimi

 

KONSTRUKSİYALAR

 

Konstruksiyalarin quraşdırılmasına aid iş həcminə aşağıdakılar daxildir, lakin bunlarla məhdudlaşmır:

 

Konstruksiyaların emalatı

Konstruksiyaların quraşdırılması

Yoxlama və test

Tikintiyə yararlılıq yoxlamalarında iştirak

Risklərin nəzərdən keçirilməsi üzrə toplantılarda iştirak və risk qiymətləndirmələrinin hazırlanması

İcra çeryojlarının və materialların təchizinin təqibi sxemlərinin, qaynaq işləri üzrə qeydlərin/NDE (Qeyri Dağıdıcı Yoxlama) sxemlərinin hazırlanması və sertifikatların verilməsi paketlərinin tərtibi və təqdimi

 

ELEKTRİK VƏ NƏZARƏT-ÖLÇÜ CİHAZLARI (ICE)

 

Elektrik və nəzarət-ölçü cihazlarının quraşdırılması (ICE) iş həcmi aşağıdakıları əhatə edir və bununla bitmir:

 

Kabelin dartılması və çəkilməsi

Kabel ucluqlarının bağlanması

Kabellərin və kabel ucluqlarının testi

Kabel qutuları və kabel dayağı

Birləşdirici qutular və paylaşdırıcı qutular

Torpaqlama və ildırımdn qorunma

Kabel keçidləri

LV / HV (Aşağı Gərginlikli/Yüksək Gərginlikli) avadanlıqların quraşdırılması

Nəzarət-ölçü cihazları

Telekomunikasiya vasitələri

Asqılar, kronşteynlər və diayaqlar

Yanğın və qaz aşkaretmə sistemi

Nəzarət-ölçü cihazları klapanları və manifoldları

İdarəetmə panelində modifikasiyalar

Hidrosistem

Yoxlama və test

Tikintiyə yararlılıq yoxlamalarında iştirak

Risklərin nəzərdən keçirilməsi üzrə toplantılarda iştirak və risk qiymətləndirmələrinin hazırlanması

İcra çeryojlarının və materialların təchizinin təqibi sxemlərinin, qaynaq işləri üzrə qeydlərin/NDE (Qeyri Dağıdıcı Yoxlama) sxemlərinin hazırlanması və sertifikatların verilməsi paketlərinin tərtibi və təqdimi

Xidmətlər SİFARİŞÇİNİN aşağıdakı mövcud əməliyyat obyektlərində təmin ediləcək:

Qurudakı Obyektlər:

  • Griqoleti dəniz bazası, Gürcüstanda, Potidə yerləşir

İxrac boru kəmərləri və əlaqədar obyektlər (Azərbaycan, Gürcüstan və Türkiyə)

  • WREP/Qərb İxrac Marşrutu Boru Kəməri (Neft Boru Kəməri) -  Azərbaycanda və Gürcüstanda, eləcə də, əlaqədar obyektlər
  • BTC/Bakı-Tbilisi-Ceyhan (Neft Boru Kəməri) - Azərbaycanda, Gürcüstanda və Türkiyədə, eləcə də, əlaqədar obyektlər
  • SCP/Cənubi Qafqaz Boru Kəməri (Qaz Boru Kəməri) - Azərbaycanda və Gürcüstanda, eləcə də, əlaqədar obyektlər
  • Supsa neft Terminalı, o cümlədən WREP üzrə SPM - Gürcüstanda
  • Bütün yuxarıda sadalanan quru və dəniz obyektlərinə və  SİFARİŞÇİ tərəfindən AGTR regionunda  sadalanmamış və ya göstərilməmiş digər obyektlərə dəstək

news1

AGT (Azərbycan Gürcüstan Türkiyə) Regionu üçün Emalat və Tikinti Xidmətlərinin Təmini Azərbaycanda emalat, quraşdırma, tikinti, nəzarət-ölçü cihazlarının və elektrik avadanlıqlarının təmiri xidmətlərinin təmini

AZFEN B.M. İş No.:               AZF-097

Yer:                                           Azərbaycan

Sifarişçi:                                  BP Exploration (Caspian Sea) Limited

Podratçı:                                 AZFEN B.M. 

Başlanma tarixi:                    28.02.2018

Bitmə tarixi:                           Davam edir

 

AGT Regionu üçün təmin ediləcək xidmətlər aşağıdakıları əhatə edir:

 

ÜMUMİ TİKİNTİ İŞLƏRİ

 

Ümumi tikinti və quraşdırma işləri həcminə aşağıdakılar daxldir, lakin bunlarla məhdudlaşmır:

 

Müvəqqəti işlər/qurğular

İnşaat meydançasının təmizlənməsi

Monolit beton

Yığma beton

Payaların vurulması

Hasarlama

Lyuklar

Tutumlar/örtülmüş çənlər

Kanalizasiya kanalının vı su kəməri şəbəkəsinin yenilənməsi və yardımçı işlər

Boru xətti sistemi (yerüstü, xəndəklərdə)

Yollar və yol örtükləri

Torpaq işləri

Mühəndis-geoloji araşdırma

İnşaat işləri

Boya işləri

Hidroizolyasiya işləri

Yoxlama və test

Tikintiyə yararlılıq yoxlamalarında iştirak

Risklərin nəzərdən keçirilməsi üzrə toplantılarda iştirak və risk qiymətləndirmələrinin hazırlanması

İcra çeryojlarının və materialların təchizinin təqibi sxemlərinin, qaynaq işləri üzrə qeydlərin/NDE (Qeyri Dağıdıcı Yoxlama) sxemlərinin hazırlanması və sertifikatların verilməsi paketlərinin tərtibi və təqdimi

 

EMALAT

 

Emalat işləri həcminə aşağıdakılar daxildir, lakin bunlarla məhdudlaşmır:

 

Texnoloji proses

Boruların yoxlanması və keyfiyyəti

Boruların təmizlənməsi

Boruların emalatı

Metal konstruksiyaların emalatı

Tutumların/çənlərin hazırlanması

Yoxlama və test

Tikintiyə yararlılıq yoxlamalarında iştirak

Risklərin nəzərdən keçirilməsi üzrə toplantılarda iştirak və risk qiymətləndirmələrinin hazırlanması

İcra çeryojlarının və materialların təchizinin təqibi sxemlərinin, qaynaq işləri üzrə qeydlərin/NDE (Qeyri Dağıdıcı Yoxlama) sxemlərinin hazırlanması və sertifikatların verilməsi paketlərinin tərtibi və təqdimi

 

KONSTRUKSİYALAR

 

Konstruksiyalarin quraşdırılmasına aid iş həcminə aşağıdakılar daxildir, lakin bunlarla məhdudlaşmır:

 

Konstruksiyaların emalatı

Konstruksiyaların quraşdırılması

Yoxlama və test

Tikintiyə yararlılıq yoxlamalarında iştirak

Risklərin nəzərdən keçirilməsi üzrə toplantılarda iştirak və risk qiymətləndirmələrinin hazırlanması

İcra çeryojlarının və materialların təchizinin təqibi sxemlərinin, qaynaq işləri üzrə qeydlərin/NDE (Qeyri Dağıdıcı Yoxlama) sxemlərinin hazırlanması və sertifikatların verilməsi paketlərinin tərtibi və təqdimi

 

ELEKTRİK VƏ NƏZARƏT-ÖLÇÜ CİHAZLARI (ICE)

 

Elektrik və nəzarət-ölçü cihazlarının quraşdırılması (ICE) iş həcmi aşağıdakıları əhatə edir və bununla bitmir:


İcra çeryojlarının və materialların təchizinin təqibi sxemlərinin, qaynaq işləri üzrə qeydlərin/NDE (Qeyri Dağıdıcı Yoxlama) sxemlərinin hazırlanması və sertifikatların verilməsi paketlərinin tərtibi və təqdimi

BP Exploration (Caspian Sea) Ltd və AZFEN B.M.  BP Exploration (Caspian Sea) Ltd-nin və ya onun hər hansı törəmə şirkətinin  AZFEN B.M.-dən  tələb edə biləcəkləri işin yerinə yetirilməsində əsas götürüləcək şərtləri və müddəaları rəsmiləşdirmək üçün Əsas Müqaviləni imzalamağa razılıq vermişlər. Müqavilə Call Off (Sifariş Tapşırığl) prinsipinə əsaslanır.

BP Exploration (Caspian Sea) Ltd Qlobal Əməliyyatlar Təşkilatı (GƏT), Qlobal Quyular Təşkilatı (QQT) və Qlobal Layihələr Təşkilatı (QLT) tərəfindən idarə olunan  əsasən C Kateqoriyalı Layihələri (quruda və dənizdə) və B Kateqoriyalı Layiləri (quruda və dənizdə) reallaşdırmaq üçün Layihələr Portfelinə malikdir. QƏT və QLT-nin hər ikisi BP Exploration (Caspian Sea) Ltd-nin Upstream Seqmenti çərçivəsidə fəaliyyət göstərir. Bu işin başlıca xüsusiyyəti Brownfield (mövcud obyektlər üzərində görülən işlər) baxımndan çox dolğun olmasıdır. AZFEN B.M. bu mühitə bələd olan texnoloji prosesləri, sistemləri və işçiləri cəlb edəcək. Bu Müqavilənin məqsədi,  AZFEN B.M.-in BP Exploration (Caspian Sea) Ltd şirkətini öz dövriyyə aktivlərinin yaxşılaşdırılmasında dəstəkləməkdən ibarətdir. Bu, BP Exporation (Caspian Sea) Ltd-nin Qəzasız, İnsanlara Zərər Yetirmədən və Ətraf Mühitə Ziyan Vurmadan konsepsiyası ilə uyğunlaşdırılmalıdır.

Xidmətlər aşağıdakı obyektlərdə təmin ediləcək:

 

Dənizdəki Obyektlər:

 

  • Çıraq 1 Hasilat Platforması
  • Mərkəzi Azəri Kompleksi ( DUQ&CWP Dayaq Blokları)
  • Şərqi və Qərbi Azəri
  • Şahdəniz platforması
  • Dərin sulu Günəşli (DWG) Kompleksi (DUQ&PCWU Dayaq Blokları)
  • Çıraq neft platforması 
  • Şahdəniz Faza II 

 

Qurudakı Obyektlər:

 

  • Səngəçal Terminalı, Bakının təqribən 50km cənubunda yerləşir
  • SPS Logistik bazası
  • Sərincə Tullantı Poliqonu     
  • Griqoleti dəniz bazası, Gürcüstanda, Potidə yerləşir

 

İxrac boru kəmərləri və əlaqədar obyektlər (Azərbaycan, Gürcüstan və Türkiyə)

 

  • WREP/Qərb İxrac Marşrutu Boru Kəməri (Neft Boru Kəməri) -  Azərbaycanda və Gürcüstanda, eləcə də, əlaqədar obyektlər
  • BTC/Bakı-Tbilisi-Ceyhan (Neft Boru Kəməri) - Azərbaycanda, Gürcüstanda və Türkiyədə, eləcə də, əlaqədar obyektlər
  • SCP/Cənubi Qafqaz Boru Kəməri (Qaz Boru Kəməri) - Azərbaycanda və Gürcüstanda, eləcə də, əlaqədar obyektlər
  • BTC Boru Kəməri üzrə Ceyhan Neft Terminalı – Türkiyədə
  • Supsa neft Terminalı, o cümlədən WREP üzrə SPM - Gürcüstanda
  • Bütün yuxarıda sadalanan quru və dəniz obyektlərinə və  SİFARİŞÇİ tərəfindən AGTR regionunda  sadalanmamış və ya göstərilməmiş digər obyektlərə dəstək

 

news1

Şahdəniz Mərhələ 2 Quruda Terminal Qurğularının Sazlama və İşə Salma İşlərinə Dəstək

AZFEN B.M. İş No.:                AZF-096

Yer:                                            Azərbaycan

Sifarişçi:                                   BP Exploration (Şahdəniz) Limited

Podratçı:                                  AZFEN B.M. 

Başlanma tarixi:                     16.04.2018

Bitmə tarixi:                            Davam edir 

   

Terminal üzrə Əsas Podratçı (TƏP) -  AZFEN B.M. bütün texnoloji sistemlərin mexaniki tamamlanmasına nail olmuşdur və yerinə yetirilməmiş  iş həcmimizin tamamlanmasının və davam etməkdə olan istismara sazlama fəaliyyətlərinin son mərhələlərində idi. 

Şahdəniz 2 Quruda Terminalın Tikintisi Layihəsi işlərinin tamamlanmasından  və iş sahəsinin azad edilməsindən və “ilkin qazın” təchizindən sonra gözlənilən “keçid boşluğu” başlandı. Bu keçid boşluğu  ilkin qazın təchizinə səbəb olan  istismara təslim və  işə salma əməliyyatları mərhələsində baş verdi ki, bunun ardınca, həmin dövr ərzində davam etməkdə olan tamamlanma işlərini dəstəkləmək üçün bir-biri ilə əlaqədar müxtəlif  işlər, resurslar və obyektlər tələb olundu.

Tamamlama işi aşağıdakı beş əsas iş həcmini əhatə edir:

  • SD2 istismara sazlama qrupu SD2 Qaz Bloku D-nin istismara sazlanması ilə əlaqədar iş həcmini yekunlaşdırmaq  üçün, tamamlanmamış istismara sazlama fəaliyyətlərinə davam edirdi. Bu iş üçün materialların, avadanlığın, xidmətlərin və işçi qüvvəsinin təmini ilə  İstismara Sazlama  fəaliyyətlərinə  xüsusi dəstək göstərilməsinə yardım üçün texnika və avadanlıqlarla və inşaat ayaqaltıları ilə təmin olunmuş çoxprofilli dəstək qrupu tələb olunurdu. Bu iş prosesində, TƏP-in təxirə salınmış qüsur aktı, boya və izolyasiya, demobilizasiya və bərpa işləri  tamamlandı.
  • SD2 istismar qrupu SD2-nin dinamik şəraitdə istismara sazlanmasına və işə salınmasına hazırlığa başladı ki, bunun ardınca obyekt, ilkin obyektin istismar sınağı da daxil olmaqla, karbohidrogen ixracına başladı. Bu dövr ərzində  hər hansı  nasazlıqları aradan qaldırmaq üçün  çoxprofilli işçi heyət və texnika və avadanlıq tələb olunur.
  • Layihədən artıq qalan materiallar BP-nin AGT üzrə Materialların İdarə Olunması prosesinə müvafiq olaraq sahədə saxlanılır və kənarlaşdırılır. AGT üzrə materialların idarə olunması qrupuna layihə ilə əlaqədar material ehtiyatlarının kənarlaşdırılmasının sonuna qədər dəstək göstərmək üçün anbardarlar, təcrübəli işçi qrupu  və texnika və avadanlıq tələb olunur.   
  • BP SD2 istismara sazlama və işə salma qrupunun tamamlama xidmətləri üçün tələb olunan bəzi obyektlər mövcuddur. Bu obyektlərə material anbarı, ofislər, parklama yeri və sanitar-məişət obyektləri daxildir. Qalan SD2 üzrə qurudakı müvəqqəti obyektlərin, o cümlədən sahədəki mühəndis şəbəkələrinin, kanalizasiya və çirkab suların idarə olunmasının, daşınmanın, rifahın, təhlükəsizliyin təmini üçün müvafiq dəstək və xidmətlər tələb olunur. 

Yuxarıda qeyd olunan iş həcmlərinin tamamlanmasından sonra, Podratçı qalan müvəqqəti obyektlərin (sahə ofislərinin, avtomobil dayanacağının, anbarların,    yardımçı binaların və s.-nin) son demobilizasiyasını, eləcə də, sahənin təmizlənməsini, materialların kənarlaşdırılmasını və sahənin yerləşdiyi yerin  ilkin  vəziyyətinə uyğun bərpasını həyata keçirməlidir. Bundan əlavə, TƏP-in hər hansı təxirə salınmış demobilizasiya və bərpa işləri Podratçı tərəfindən icra olunmalıdır.

news1

Heydər Əliyev adına Neftayırma Zavodunun Rekonstruksiyasi və Modernizasiyası (Call-off #1: Bitumun Oksidləşdirilməsi Qurğusunun Tikinti İşləri Layihəsi)

AZFEN B.M. İş No.:                AZF-094

Yer:                                            Azərbaycan

Sifarişçi:                                   SOCAR, H.Əliyev adına Neftayırma Zavodu

Podratçı:                                  AZFEN B.M. 

Başlanma tarixi:                     01.04.2017 

Bitmə tarixi:                            30.03.2019   

 

Bakıda yerləşən Heydər Əliyev adına Neftayırma Zavodu Azərbaycandakı neft emalı qurğularının əksəriyyətinin yerləşdiyi yerdir.

PODRATÇI (Azfen BM) Bakıdakı (Azərbaycan) Heydər Əliyev adına Neftayırma Zavodunda SOCAR-ın Heydər Əliyev adına Neftayırma Zavodunun Rekonstruksiyası və Modernizasiyası Layihəsi üçün Bitumun Oksidləşdirilməsi Qurğusunun (BBU) İnşaat, Mexaniki, Elektrik və Nəzarət-Ölçü Cihazlarının Quraşdırılması İşlərinin yerinə yetirilməsi və tamamlanması, o cümlədənm əlaqədar BBU-ya aid saxlanma çənlərinin işçi layihəsinin hazırlanması, təchizi və quraşdırılması üçün zəruri olan bütün işçi qüvvəsini, nəzarəti, daimi, müvəqqəti və gündəlik tələbat materiallarını, kompüter avadanlıqlarını və proqramları, müvəqqəti tikililəri, xidmətləri, sınaq ləvazimatlarını və hər bir məmulatı təmin etməlidir.

İş Həcminə görə, BBU-nun (Bitumun Oksidləşdirilməsi Qurğusu) Tikintisi İşlərinə bütün Tikinti, Mexaniki, Elektrik və Nəzarət-Ölçü Cihazlarının Quraşdırılması işi, o cümlədən, SOCAR Heydər Əliyev adına Neftayırma Zavodunun Modernizasiyası və Rekonstruksiyası Layihəsi üçün BBU-nun tikintisi ilə əlaqədar tələb olunan saxlama çənlərinin təfərrüatlı layihələndirilməsi, təchizatı və quraşdırılması daxildir.

Bitumun Oksidləşdirilməsi Qurğusu aşağıdakı əsas seksiyalardan ibarətdir, lakin yalnız bunlarla məhdudlaşmır:

  • Yem Anbarı; 
  • Biturox Seksiyası;
  • Qazaoxşar Tullantılar Seksiyası, o cümlədən İstiliyin Yutilizasiyası;
  • İsti Yağın Sirkulyasiyası Sistemi;
  • Məhsulun Saxlanması;
  • Məhsulun Yüklənməsi.

news1

SOCAR AZƏRKİMYA EP-300 (ETİLEN-POLİETİLEN ZAVODUNUN) YENİDƏN QURULMASI LAYİHƏSİ

AZFEN B.M. İş No.:                 AZF-095

Yer:                                             Azərbaycan

Sifarişçi:                                    SOCAR AZƏRİKİMYA İSTEHSALAT BİRLİYİ

Podratçı:                                  TECHNIP

Subpodratçı:                           AZFEN B.M. 

Başlanma tarixi:                     01.08.2017

Bitmə tarixi:                            Davam edir

 

Sumqayıtda (Azərbaycan) yerləşən, “SOCAR AZƏRİKİMYA” İstehsalat Birliyinə (SOCAR) məxsus EP-300 zavodunun yenidən qurulması və EP-300 Etilen-Polietilen zavodunun digər yardımçı qurğularının istismara verilməsi üzrə Tikinti İşləri Müqaviləsi AZFEN-ə  həvalə edilmişdir.                                     

Müqaviləyə əsasən, a.ağıdakı növ tikinti işləri yerinə yetirilməlidir:

  • İnşaat meydançasının hazırlanması
  • Müvəqqəti tikinti obyektləri
  • Payaların vurulması işləri
  • Mülki tikinti işləri
  • İnşaat işləri
  • Boru xətti sisteminə aid yığma və montaj işləri
  • Metal konstruksiyaların montajı
  • Yanğından mühafizə işləri
  • Mexaniki montaj
  • Elektrik avadanlıqlarının quraşdırılması işləri
  • Nəzarət-ölçü cihazlarının quraşdırılması işləri
  • Telekommunikasiya avadanlıqlarının quraşdırılması işləri
  • İzolyasiya işləri
  • Boya işləri
  • Bağlantılar və demontaj işləri
  • İstismara sazlama işləri

İş həcmi aşağıdakı subpodrat iş paketlərinə (SP) görə müəyyən edilir:

SP01 – Mövcud ərazidə (BROWN FIELD AREA) yeni iş elementləri ilə əlaqədar tikinti və istismara sazlama işləri

•   İş Elementi 000: Ümumi işlər

•   İş Elementi 001: EP-300 yenidən quruıması işləri və yeni seksiyalar

•   İş Elementi: Mövcud ərazidə (BROWN FIELD AREA) birləşdirmə işləri

SP02 – Mövcud ərazidə (BROWN FIELD AREA) yeni qurğularla əlaqədar tikinti və istismara sazlama işləri

•   İş Elementi 001: EP-300  sökülməsi və sobaların quraşdırılması

SP03 – Yeni ərazidə (GREEN FIELD AREA) yeni qurğularla əlaqədar tikinti və istismara sazlama işləri

•   İş Elementi 002: Yeni quru qazın təmizlənməsi qurğusu  

•   İş Elementi  003: Yeni etilen və propilen saxlama obyektləri

•   İş Elementi 004: yeni ərazidə (green field area) birləşdirmə işləri

SP04- Payaların vurulması və inşaat meudançasının hazırlanması işləri

SP05- TCF (Müvəqqəti tikinti obyektləri)

news1

SD1 Genişləndirmə və Ötürücü Xəttin Çəkilişi Layihəsinin icrası mərhələsi ərzində DBXO üçün Quruda/Dənizdə Bərpa Olunan Mövcud Obyektə aid ölçüərin yoxlanması, emalat və quraşdırma xidmətlərinin təmini

AZFEN B.M. İş No.:               AZF-093

Yer:                                           Azərbaycan

Sifarişçi:                                  WorleyParsons

Podratçı:                                 AZFEN B.M. 

Başlanma tarixi:                    27 March, 2017 

Bitmə tarixi:                           March, 2018

  

Layihənin iş həcmi SD1 və SD2 arasında yeni 18ˆ qaz və 6ˆ kondensat ötürücü xəttinin çəkilişini əhatə edir. SD1 qazı SD2-yə ötürüləcək və bir texnoloji xətt vasitəsilə emal olunacaq. Sonra ixrac olunacaq və SD2-nin hasilat gücünün genişləndirilməsi dövrü ərzində qazın realizasiyası üzrə müqavilələrin  dəstəklənməsi üçün istifadə olunacaq.            

SD Genişləndirmə və Ötürücü Xəttin Çəkilişi Layihəsi üç ayrıca iş həcmini əhatə edir: 

  • SDA dəniz platformasına aid iş həcmi; Boru birləşmələrindəki boru qolları bərkidicilərinin emalatı və quraşdırılması;
  • Qeyri-İstismara Hazırlıq İşi həcmi (TAR); qurudakı SD1 və SD2 sahələrində;
  • İstismara Hazırlıq İşi həcmi; quruda SD1 iş sahəsində (həm İstismara Hazırlıq-qabağı, həm də İstismara Hazırlıq işləri).

Azfen BM, sistemin işinin dayanmasından asılı olmayaraq, TAR-dan (İstismara Hazırlıq Əməliyyatları) qabaqkı emalat və quraşdırma işlərinin  mümkün qədər maksimum səviyyədə yerinə yetirilməsinə cavabdehlik daşıyacaq (TAR-qabağı iş). Bura, boru bağlantılarının təsirindən zədələnmiş  metal konstruksiyarar və dayaqlar, mövcud sürgülərin və boru kəmərinin müvəqqəti dayaqları, inşaat ayaqaltıları, bağlayıcı boru birləşmələrinin (spulların), materialların və tikinti avadanlığının qabaqcadan yerləşdirilməsi daxil olacaq, lakin bununla məhdudlaşmayacaq. Sistemin işə salınması üçün  vacib olmayan işlər TAR-dan sonra tamamlana bilər.

2017-ci ilin avqust ayında sistem dayandırılmışdır ki, bu müddət ərzində  Azfen BM-nin  mövcud sistemlərdə bağlantı işlərini həyata keçirməsi tələb olunmuşdur. TAR dayandırılması  on dörd gün çəkmişdir ki, bu müddətdə mexaniki işlərə aid yeddi günlük vaxt aralığı mövcud olmuşdur. Bu vaxt aralığı, sistemin istismardan  Azfen BM-nə təslimi vaxtından  sistemin istismara geri qaytarılmasına qədərki dövrdür. Əməliyyatlar zamanı prosesin təsdiqi, sistemin drenajlanması və təmizlənməsi yerinə yetirilmişdir. Azfen BM tam təcridetmələrin tətbiqi və aradan qaldırılması zamanı əməliyyatları dəstəkləmiş və hermetiklik sınaqları paketinin işlənib hazırlanması əməliyyatlarında birgə çalışmış və hermetiklik sınaqlarının  həyata keçirilməsi əməliyyatlarını dəstəkləmişdir. Yeddi günlük müddətin sonunda Azfen BM  boru bağlantıları ilə əlaqədar quraşdırma və sınaq işlərini  tamamlamış və sistemin təcridinin aradan qaldırılması, hermetiklik sınağı və işə salma fəaliyyətlərinə başlanması məqsədi ilə sistemi istismar üçün təslim etmişdir. 

news1

Qərb İxrac Boru Kəmərinin Seksiyalarının Əvəzolunması (CQBK SƏ) Layihəsi

AZFEN B.M. İş No.:                AZF-091

Yer:                                            Azərbaycan

Sifarişçi:                                    BP Exploration (Caspian Sea) Limited

Podratçı:                                  AZFEN B.M. 

Başlanma tarixi:                     28.02.2017  

Bitmə tarixi:                            Davam edir

 

27 fevral 2017-ci ildə BP Exploration (Caspian Sea) Şirkəti Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti adından Qərb İxrac Boru Kəmərinin Seksiyalarının Əvəzolunması (QİBK SƏ) layihəsinin həyata keçirilməsini tərəflər arasında imzalanan müqavilə əsasında AZFEN J.V. şirkətinə həvalə etmişdir.

Qərb İxrac Boru Kəməri (QİBK) Xəzərdəki neft yataqlarından xam nefti Qara dəniz sahilinə nəql edir və xam neft orada tankerlərə yüklənərək Bosfor boğazından keçməklə Avropa bazarlarına yola salınır. QİBK Bakı yaxınlığındakı Səngəçal Terminalından başlayaraq Azərbaycandan və Gürcüstandan keçməklə Qara dənizin Gürcüstan sahilindəki Supsa Terminalına qədər uzanır. Bu boru kəmərinin uzunluğu 829 kilometrdir.

 QİBK SƏ Layihəsinin məqsədi, yarana biləcək potensial torpaq sürüşməsi kimi xarakterizə olan ərazilərdə və yaxud  çay yatağının aktiv zonası kimi spesifik ərazilərdə boru xəttinin yenilənməsindən ibarətdir.

Əlavə olaraq, layihədə Azərbaycanda yeni bağlayıcı sürgü stansiyasının inşası, və yeniləcək boru xətti boyunca HDPE (aşağı təzyiqli yüksək sıxlıqlı polietilen) borusunun atılması və 7 ədəd optik lif birləşdirmə kameralarının quraşdırılması nəzərdə tutulmuşdur. Həmçinin, layihəyə 2 ədəd Gürcüstanda və 1 ədəd Azərbaycanda horizontal qazma üsullu çay keçidlərininin yenilənməsi daxildir.

Qərb İxrac Boru Kəmərinin Seksiyalarının Əvəzolunması (QİBK SƏ) müqaviləsinin əsas tərkib hissəsinə əlavə olaraq, yekunlaşdırılmış 6 ədəd boru xətlərinin və çay keçidlərinin köhnə xəttə birləşdirilməsini icra etmək 25 Aprel 2018-ci il tarixində Azfen J.V. şirkətinə həvalə olunmuşdur.

 Layihə aşağıdakı göstəricilərlə xarakterizə olunur: 

  • Ən böyüyü 650 bucaq altında olan dik yamaclarda 2 km-ə yaxın boru xəttinin inşasında standart texnika və avadanlıqlar deyil, ilk olaraq xüsusi yerüstü kabel xətli kranlar tətbiq edilmişdir;
  • 66 ədəd açıq kəsmə keçidi; bura, ikinci dərəcəli avtomobil yolları, yüksək gərginlikli yerüstü elektrik xətləri, həmçinin mövcud digər boru kəmərləri ilə kəsişmələr daxildir;
  • 2 böyük çay keçidi;
  • Ən böyüyü 1291 m uzunluqda olmaqla 2 əsas çaydan 3 ədəd Horizontal Qazma üsullu keçidlər;
  • Layihə üzrə maşınların 7,8 Milyon km-dən artıq məsafə qət etməsi və 2,5 Milyona yaxın qəzasız adam saatına nail olunması;
  • Pik dövrdə layihədə 780 nəfərdən çox işçi çalışmışdır ki, bunların 90%-i  yerli əhali arasından cəlb edilmişdir;
  • Gürcüstanda 6 müxtəlif bələdiyyələrdə olan 22 icma və Azərbaycanda isə 1 icma ilə iş aparılmış, layihənin icrası, əraziyə giriş və çıxış icazələri və tikinti dövrü ərzində təhlükəsizlik məsələləri ilə tanışlıq və maarifləndirmə işləri aparılmışdır;
  • Azərbaycan və Gürcüstanda icmalarla ümumilikdə 65-dən artıq iclas keçirilərək xüsusi maarifləndirici proqram tətbiq edilmişdir;
  • Layihə ərzində həyata keçirilən Sosial Sərmayə Proqramından Azərbaycan və Gürcüstanda ümumillikdə  11 məktəbin 500 məktəblisi faydalanmışdır;
  • 6 Müxtəlif ərazidə təşkil olunmuş 30-dan çox görüşlərdə işəgötürülmə prosesi ilə bağlı maarifləndirici məlumatlar verilmiş və nəticə etibarilə, 215 nəfər Gürcüstanda və 16 nəfər Azərbaycanda işə götürülmüşdür;
  • Gürcüstanda QİBK SƏ layihəsi çərçivəsində təmir olunaraq yenilənmiş daxili icma yollarından 2000-ə yaxın sakini olan 4 icma faydalanmışdır;
  • İcmalardan daxil olan 30 müraciət araşdırılmış və müsbət həll edilmişdir. Bundan savayı, layihə boyunca fərdi icma üzvlərindən 24 müraciət daxil olmuş və müsbət həllini tapmışdır.

Mövcud qrafikə əsasən, Layihə 2019-cu ilin dekabr ayında Sifarişçiyə təhvil veriləcək.

news1

SD2 və SCPx Layihələrinin İstismara Təhvil Verilməsi Xidmətlərinə Dəstək Layihəsi / CAS-MA-035

AZFEN B.M. İş No.:                  AZF-090

Yer:                                              Azərbaycan

Sifarişçi:                                     BP Exploration (Caspian Sea) Limited

Podratçı:                                   AZFEN B.M.

Başlanma tarixi:                      06.04.2016

Bitmə tarixi:                             Davam edir  

 

06 aprel 2016-ci il tarixində BP Exploration (Caspian Sea) Limited Şirkəti ilə AZFEN B.M. arasında imzalanmış CAS-MA-035 saylı bu Müqavilə  SD Mərhələ 2 üzrə SD2 və SCPx Layihələrinin Təhvil Alınması və İstismara  Verilməsi Xidmətlərinə Dəstək üçün nəzərdə tutulur.

Layihənin iş həcminə istismara təhvil verilmə xidmətləri ilə məhdudlaşmamaqla asağıda qeyd olunan ish  sahələrində tikinti işlərinin təhvil alınması və istismara verilməsi ücün müvafiq ixtisaslar üzrə savadlı,  bacarıqlı və kifayət qedər təcrübəyə malik yerli istismara təhvil vermə texniklərli ilə tam təmin edilməsi xidmətləri daxildir: SD2 Quruda Səngəçal Terminalının Genişləndirilməsi Layihəsi, Bayil sahəsində ATA tərəfindən quruda tikilən SDB-PR və SDB-QU Goyərtələri iş sahələri, həmçinin onların dənizdə SD2 qaz kondensat sahəsinə aparılaraq quraşdırıldıqdan sonra istismara təhvil verilmə xidmətləri və elecə də, SCPx layihəsində Azərbaycan ərazisində yerləşən torpaq üstü infrastruktura daxil olan qapadıcı siyitmələr və  piq tutma stansiyalarindakı iş sahələri.

Hal-hazırda, ATA/Bayil sahəsində tikilməldə olan SDB-PR və SDB-QU Üst Tikililəri Platformalarına qeyd olunan xidmətlərin göstərilməsi ücün ilkin mobilisaziya işləri başa catdırılmışdır və  layihənin icrası müvəffəqiyyətlə davam etməkdədir.

news1

Şahdəniz Mərhələ 2, Qaz Kəmərlərinin Səngəçalda Dənizdən Sahilə Çıxarılmasının Tikinti İşləri Layihəsi

AZFEN B.M. İş No.:              AZF-089

Yer:                                         Azərbaycan

Sifarişçi:                                  BP Exploration (Caspian Sea) Limited

Podratçı:                                 Boskalis Offshore Subsea Contracting B.V.

Subpodratçı:                           AZFEN B.M.  

Başlanma tarixi:                     06.01.2015

Bitmə tarixi:                              30.12.2015     

 

16 dekabr 2014-cü il tarixində Boskalis Offshore Subsea Contracting B.V. şirkəti ilə AZFEN B.M. arasında imzalanmış bu layihə, Şah Dəniz Mərhələ 2 Layihəsi çərcivəsində iki ədəd 32” Qaz İxrac, bir ədəd 16” Kondensat İxrac və bir ədəd 6” MEG İdxal Boru Kəmərlərinin Səngəçal ərazisində dənizdən sahilə çıxarılmasının tikinti işlərini əhatə etmişdir. Layihənin Sifarişci təşkilatı BP Exploration (Caspian Sea) Limited şirkətidir.

Layihənin həyata keçirilməsi müddətində mühəndislik, tikinti və təchizat xidmətləri də daxil olmaqla boru kəmərlərinin dalğıc xidmətləri göstərilməklə dənizdən dartılaraq sahilə cıxarılması, hidrostatik test məqsədli su hovuzunun və uyğun boru xəttlərinin çəkilməsi və yeni boru kəmərlərinin test işlərinə yardım və s. xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur.

news1

Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi Layihəsi Şahdəniz 2 Quruda Terminal Tikintisi İşləri Layihəsi – Səngəçal Terminalı

AZFEN B.M. İş No.:              AZF-088

Yer:                                         Azərbaycan

Sifarişçi:                                  BP Exploration (Şahdəniz) Limited

Podratçı:                                 SAIPEM – AZFEN Konsorsiuu        

Başlanma tarixi:                     15.05.2014

Bitmə tarixi:                            Davam edir   

15 may 2014-cü ildə BP Exploration (Şahdəniz) Şirkəti Cənubi Qafqaz Boru Kəməri Şirkəti adından Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi Layihəsinin (CQBKG) həyata keçirilməsini tərəflər arasında imzalanan müqavilə əsasında SAIPEM və AZFEN BM Konsorsiumuna həvalə etmişdir.

 Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) Layihəsi, Şahdəniz 2 ilə yanaşı, TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) vasitəsilə Azərbaycandan İtaliyaya qaz tədarükünü nəzərdə tutan "Şahdəniz" yatağının işlənməsinin bir hissəsidir.

CQBKG Layihəsinin məqsədi, mövcud CQBK sisteminin Xəzərdəki Şahdəniz 2 yatağının işlənməsindən əldə ediləcək əlavə qaz həcmlərinin ötürülməsi üçün, yeni qaz kəmərinin quraşdırılması ilə ixrac potensialını genişləndirməkdir. Bu genişlənmə Azərbaycan və Gürcüstan ərazisində yeni boru kəmərinin çəkilməsi və Gürcüstanda iki yeni kompressor stansiyasının tikintisi ilə bağlıdır.  Bu, boru kəməri vasitəsilə ixrac olunan qaz həcmlərinin ildə 20 milyard kubmetrdən çox olmasını təmin edəcək.

Müqavilə özü 487 km 48’’ diametrli boru kəmərinin tikintisi və istismara verilməsini nəzərdə tutur ki, bunun 424 km-i Azərbaycan və 63 km-i Gürcüstan ərazisində yerləşir. Həmçinin, Layihə CQBKG-nin ayrılmaz tərkib hissəsi olan bağlayıcı sürgü stansiyaları və digər yerüstü qurğuların montajını da əhatə edir. Layihə, TANAP-ın Gürcüstan ilə Türkiyə sərhəddindəki ilk birləşmə hissəsidir və Konsorsium tərəfindən icra edilmişdir.

 Layihə aşağıdakı göstəricilərlə xarakterizə olunur: 

  • 3000 açıq kəsmə keçidi;
  • Dəmir yolları, əsas avtomobil yolları və digər boru kəmərləri ilə kəsişmə yerlərində ümumi uzunluğu 6000 m-dən artıq 125 qapalı qazma üsulu ilə keçidlərin quraşdırılması;
  • 14 böyük çay keçidi;
  • Ən böyüyü 1000 m uzunluqda olmaqla 5 əsas çaydan Horizontal Qazma üsullu keçidlər;
  • Kür çayında 2 ədəd Mikrotunel keçidləri, o cümlədən Gürcüstanda ilk dəfə bu işlərin icrası;
  • Layihə üzrə maşınların 52 Milyon km məsafə qət etməsi və 26 Milyon qəzasız adam saatına nail olunması;
  • Pik dövrdə layihədə 4000 nəfərdən çox işçi çalışmışdır ki, bunların 90%-i yerli əhali arasından cəlb edilmişdir;
  • Azərbaycanda 150, Gürcüstanda 23 icma ilə iş aparılmış, layihənin icrası, əraziyə giriş və çıxış icazələri və tikinti dövrü ərzində təhlükəsizlik məsələləri ilə tanışlıq və maarifləndirmə işləri aparılmışdır;
  • Layihə ərzində həyata keçirilən Sosial Sərmayə Proqramından Azərbaycanda 74 məktəb, 11 rayon və 25,000 nəfər, Gürcüstanda isə 11 məktəbdə 1600 məktəbli faydalanmışdır;
  • 320 nəfər peşə ixtisası qazanmış və dəyərləndirilmişdir;
  • Müxtəlif ərazilərdə qurulmuş 4 icmalarla əlaqə mərkəzi fəaliyyət göstərərək, boru xəttinin bilavasitə keçdiyi icmalardan 1000-ə yaxın işçi cəlb edilmişdir;
  • 200,000 m3-dən artıq qırmadaş materialı 17 icmaya ianə edilmişdir;
  • İcmalardan daxil olan 560 ədəd müraciətlərin 93%-i müsbət həll edilmişdir, qalanlarının qısa müddətdə yekunlaşdırılması planlaşdırılıb;
  • İclmalarla 200-dən artıq iclas keçirilərək 1,700 maarifləndirici material paylanmışdır.

 

news1

Şahdəniz 2 Quruda Terminal Tikintisi İşləri Layihəsi – Səngəçal Terminalı

AZFEN B.M. İş No.:              AZF-087

Yer:                                         Azərbaycan

Sifarişçi:                                  BP Exploration (Şahdəniz) Limited

Podratçı:                                  SAIPEM-AZFEN  Konsorsiumu

Başlanma tarixi:                     29.01.2014

Bitmə tarixi:                              15.10.2017

 

Şahdəniz Mərhələ 2 layihəsi bir neçə elementi əhatə edir. Bura, 26 sualtı quyunun  qazılması və tamamlanması və körpü ilə birləşən  iki dəniz platformasının tikintisi daxildir. Sualtı quyular beş dəstədə qruplaşdırılır ki, bunların  üçü dərin sularda yerləşir, bütün beş quyu dəstəsi qazı axın xətləri vasitəsilə platforma kompleksinə ötürəcək. Karbohidrogenlər sahilə iki 32” diametrlik boru kəməri və 16” diametrlik kondensat xətti vasitəsilə ixrac olunur. Quruda, Səngəçal Terminalında (Azərbaycan) yeni texnoloji və kompressiya avadanlıqları quraşdırılır. Mövcud Cənubi Qafqaz Boru Kəmərinin  Genişləndirilməsi Sistemi və  iki yeni boru kəməri, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP, BP-nin payı 12%) və Trans-Adriatik Boru Kəməri (TAP, BP-nin payı 20%) qazı təxminən 2200 mil məsafəyə daşıyaraq, Gürcüstanı, Türkiyəni, Yunanıstanı, Bolqarıstanı və İtaliyanı enerji ilə təchiz edəcək. Şahdəniz 2 üzrə ildə əlavə 565 milyard standart kub fut qaz hasilatı (maksimal hasilat dövründə) planlaşdırılır və gündə 105,000 barel kondensat hasilatı norması nəzərdə tutulur.

Şahdəniz 2  Quruda Terminal Tikintisi İşləri həcmi Mühəndislik, Təchizat və Tikinti fəaliyyətlərini əhatə edir və aşağıda qeyd olunan 3 əsas hissəyə bölünür:

  • Əsas Qaz və Kondensat Emalı Avadanlığı (Greenfield);
  • Dəniz boru kəmərinin sahilə çıxan hissəsinin yerləşdiyi sahədən obyektə (boru kəməri) qədər  qaz, kondensat və monoetilenqlikol (MEG) boru kəmərinin çəkilişi;
  • Mövcud Səngəçal Terminalında yenilənmə işləri (Brownfield works). Bu işlər texnoloji və mühəndis şəbəkələrinin qoşulması sistemlərini, yeni elektrik enerjisinin paylaşdırılması şəbəkəsini, Mərkəzi İdarəetmə Binasından (CCBx) SD2 Terminalına çəkilən optik-lif kabel birləşmələrini əhatə edir.

Kontraktla əlaqədar iş həcmləri mülki tikinti işləri, payaların vurulması, özüllər, yeraltı və açıq drenaj sistemləri, terminal yolları, texnoloji avadanlıqların quraşdırılması, boru stellajları, saxlanma çənləri, ağır tutumlar, boruların quraşdırılması, elektrik və idarəetmə sistemləri, binalar, boya və izolyasiya işləri, daimi giriş yolları və müvəqqəti mühəndis şəbəkələri və infrastrukturu əhatə edir. Əldə edilmiş mühüm nəticələr aşağıdakı kimi ümumiləşdirilir:

  • Təqribən 20 000 t metal konstruksiyalar quraşdırılmışdır;
  • 8 000 t-dan çox avadanlıq quraşdırılmışdır;
  • Təqribən 5 500 t saxlama çəni konstruksiyaları quraşdırılmışdır;
  • 150 000 m3-dən çox dəmir-beton konstruksiyalar quraşdırılmışdır;
  • Təqribən 2 200 km kabel çəkilmiş və kabel ucluqları bağlanmışdır;
  • Təqribən 25 000 m yeraltı boru quraşdırılmışdır;
  • 150 000 düym diametrdən (WDI) çox yerüstü boru montajı yerinə yetirilmişdir;
  • Təqribən 88 000 m kabel qutusu quraşdırılmışdır;
  • Təqribən 5 000 ədəd paya vurulmuşdur;
  • 90 000 m2-dən çox yol işləri yerinə yetrilmişdir;
  • Təqribən 54 000 m boru izolyasiyası işi yerinə yetirilmişdir.

Layihənin pik dövründə 85.54%-i yerli və 14.46%-i əcnəbi personal olmaqla, demək olar ki, 10 000 işçi,  o cümlədən  Subpodratçılar çalışmışdır.

Layihə ilə bağlı SƏTƏM üzrə statistik məlumatlar:

Qət edilmiş kilometrlər: minik avtomobilləri

27.017.230

Qət edilmiş kilometrlər: ağır çəkili yük maşınları

119.255.578

Layihə üzrə ümumi adam saatları

50.478.298

Vaxt itkisinə yol vermədən sərf olunmuş ümumi adam saatları

18.745.188

Layihəyə sərf olunmuş günlər

1523

Real vaxt

194.597

L1/Ayrıca iş növlərinə görə ümumi risklərin qiymətləndirilməsi

79.178

L1/L2 Ayrıca iş növlərinə görə xüsusi/ümumi risklərin qiymətləndirilməsi

1.889

İşlərin yerinə yetirilməsinə icazələr

14.740

Ümumi tullantı

316.598 m3

news1

Şahdəniz 2 Üst Tikililəri Layihəsi / SD-C-107

AZFEN B.M. İş No.:              AZF-086

Yer:                                         Azərbaycan

Sifarişçi:                                  BP Exploration (Şahdəniz) Limited

Podratçı:                                 ATA (Amec-Tekfen-Azfen) Konsorsiumu    

Başlanma tarixi:                     01.01.2014

Bitmə tarixi:                               31.05.2017

 

Şahdəniz (ŞD) Müqavilə Sahəsi Bakıdan təxminən 100 km cənub-şərqdə yerləşir. ŞD Müqavilə Sahəsinin Tammiqyaslı İşlənməsi Azərbaycan Respublikası Dövlət Neft şirkəti (SOCAR) və Xarici Şirkətlər Konsorsiumu (XŞK) arasında imzalanmış Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) şərtlərinə uygun olaraq mərhələlərlə həyata keçirilir.

ŞD2 Üst Tikililəri Layihəsi Şahdəniz yatağının işlənməsinin ikinci mərhələsinin tərkib hissəsini təşkil etməklə aşağıdakı qurğuları özündə birləşdirir:

    • Hasilat və Rayzer platforması (PR) - 17,638 ton ağırlığında;
    • Yaşayış və Texnoloji təchizat platforması (QU) - 10,666 ton ağırlığında;
    • İki platformanı birləşdirən körpü.

Dəniz Tikililərinin Emalatı, Yüklənməsi, Yerində Montajı və İstismara Təslimi Layihəsi AMEC MMC, Tekfen İnşaat və Azfen Birgə Müəssisəsinin daxil olduğu Amec-Tekfen-Azfen (ATA) Konsoriumu tərəfindən  Bayıl istehsalat sahəsində həyata keçirilmişdir.

Azərbaycanda ilk dəfədir ki, bir istehsalat sahəsində eyni zamanda iki plarformanın inşası Azfen B.M. tərəfindən həyata keçirilir. Bu qurğuların tikintisi üçün tələb olunan bütün metal-konstruksiya və boruların emalatı prosesi Azərbaycanda həyata keçirilir.

Bu layihəni həyata keçirmək üçün Azfen B.M.-nin Bayıl İstehsalat sahəsində yenidənqurma işləri yerinə yetirilmiş və ərazi genişləndirilərək sahəsi 28 ha-dan 45 ha-ya çatdırılmışdır. Bununla yanaşı 5 yeni istehsalat sexləri tikilmiş, bütün istehsalat sahələri yeni ən müasir avadanlıqlarla təchiz edilmişdir.

Şahdəniz Mərhələ 2 və ya Yatağın Tammiqyaslı İşlənməsi (YTİ) layihəsi hal-hazırda ŞD Mərhələ 1 layihəsindən hasil olunan illik 9 milyard kub metr qazdan əlavə 16 milyard kub metr qaz hasil edəcək nəhəng bir layihədir. Dünyanın ən böyük qaz layihələrindən olan Şahdəniz Mərhələ 2 yeni cənub qaz dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchiz etməklə  enerji təhlükəsizliyini artıracaq. 

news1

Mühəndislik, Təchizat və Tikinti Xidmətləri Lahiyəsi / Blank-12-BPCS-310876

AZFEN B.M. İş No.:              AZF-085

Yer:                                         Azərbaycan

Sifarişçi:                                  BP (Exploration (Caspian Sea) Limited

Podratçı:                                 AZFEN B.M. 

Başlanma tarixi:                     01.11.2012

Bitmə tarixi:                        Mart, 2016

 

01 noyabr 2012-ci il tarixində BP Exploration (Caspian Sea) Limited Şirkəti ilə AZFEN B.M. arasında 3 il müddəti ücün imzalanmış bu layihə, Səngəçal Terminalının ACG və SD Əməliyyat, həmçinin STEP və İxrac əməliyyat sahələrində mühəndislik və təhcizat xidmətləri də daxil olmaqla bütün növ tikinti-quraşdırma işlərinin həyata keçirilməsini nəzərdə tutur. Layihə müvəffəqiyyətlə başa catdırılmış bu layihənin müqavilə müddəti ərzində 200-dən artıq sifariş əsasında müxtəlif tikinti-quraşdırma işləri yerinə yetirilmişdir.   

news1

Səngəçal Terminalı Şahdəniz Faza 2 İlkin İnfrastruktur İşləri/ SD-C-076

AZFEN B.M. İş No.:              AZF-084

Yer:                                         Azərbaycan

Sifarişçi:                                  BP Exploration (Şahdəniz) Limited

Podratçı:                                 AZFEN B.M. 

Başlanma tarixi:                    04.11.2011

Bitmə tarixi:                           2014

 

Bu, Əsas Terminal Tikintisi Podratçısının mobilizasiyasına hazırlıq məqsədi ilə  yerinə  yetirilmiş Şahdəniz 2 İlkin İnfrastruktur  İşləridir. Sözügedən Layihənin tərkib hissəsi kimi həyata keçirilmiş  həmin işlərə aşağıdakılar daxildir:

  • SD2 Terminal tikinti sahəsinin hazırlanması (sahənin planlaşdırılması, terraslaşdırılması və səthin qorunması);
  • Mobilizasiya ərazisinin tikintisi;
  • Sanitar-məişət obyektlərinin tikintisi;
  • 3-cü Tərəfdən mühəndis şəbəkələrinin, belə ki, elektrik, su təchizatı, telekommunikasiya və s. şəbəkələrin təmini;
  • Gələcək SD2 Terminalı ərazisindən 3-cü Tərəfin yeraltı kommunikasiyalarının çəkilməsi (dövlət boru kəməri, 11, 35 və 11 kV enerji təchizatı xətləri;
  • Yolun və drenaj kanallarının və s. tikintisi;
  • Payaların sınağı işləri;
  • Tikinti Sahəsi sərhədlərinin hasarlanması.

Layihənin icrası müddətində əldə edilmiş nəticələr aşağıda açıqlanır və bunlarla məhdudlaşmır:

  • 1 000 000 m3-dən çox torpaq işləri (qazıma və doldurma);
  • 5 000 m3-dən çox monolit beton quraşdırma işləri;
  • Təqribən 300 yığma beton və düzbucaq enkəsikli suaxıtma borularının quraşdırılması;
  • Təqribən 5 000 m2 sanitar-məişət obyektlərinin tikintisi;
  • 8 000 m-dən çox daşqından mühafizə və drenaj kanallarının quraşdırılması işləri;
  • 8 000 m-dən çox hasarlama işlərinin tamamlanması;
  • 4 000 m-dən çox yol tikintisi işləri.

Layihənin pik dövrlərində 1000-dən yuxarı işçi fəaliyyət göstərmişdir.

Layihədə demək olar ki, 100% yerli işçi tərkibi çalışmışdır.

news1

Mühəndislik, Tikinti, Layihə İdarəetmə Xidmətlərinə Yardım /AZF-083

AZFEN B.M. İş No.:              AZF-083

Yer:                                         Azərbaycan

Sifarişçi:                                  BP (Exploration (Caspian Sea) Limited

Podratçı:                                 AZFEN B.M. 

Başlanma tarixi:                     01.04.2011

Bitmə tarixi:                      Davam edir         

 

Mühəndislik, Tikinti, Layihə İdarəetmə Xidmətlərinə Yardım /AZF-083 nömrəli layihə AMEC MMC şirkətinin yeganə podratçısı kimi, "B" kateqoriyalı layihələr çərçivəsində BP Exploration Caspian Sea Limited şirkəti üçün Mühəndislik, Tikinti, Layihə İdarəetmə Xidmətlərinə Yardım işlərinin təminini əhatə edir. Layihə 01 aprel 2011-ci ildə 5 il müddətinə imzalanıb (ardıcıl 2 dəfə 4 il müddətinə uzadılma imkanı ilə). Layihə çərçivəsində əsasən, BP-nin Azərbaycanda quruda və dənizdəki obyektlərində mühəndislik, tikinti və layihə idarəetmə xidmətləri yerinə yetirilir. Hal-hazırda Səngəçal Terminalında Yeməkxana binası, Səngəçal Terminalı yeni Şah Dəniz Məşəl sisteminin yenidənqurma işləri və dənizdə 8 neft və qaz platformasının modifikasiya işləri həyata keçirilir. Layihədə hazırda 500 işçi (sub-podratçılarla birgə 650 nəfər) çalışır və bu gunə kimi "qəza səbəbindən itirilmiş iş günü” və "vaxt itkisinə səbəb olan xəsarət” hallarına yol vermədən 800,000  adam-saat göstəricisinə nail olunmuşdur.

news1

Azərbaycan İxrac Boru Kəmərləri – Çay Keçidlərinin Bərkidilməsi Layihəsi / H-09-BPCS-190355

AZFEN B.M. İş No.:              AZF-082

Yer:                                         Azərbaycan

Sifarişçi:                                  BP (Exploration (Caspian Sea) Limited

Podratçı:                                 AZFEN B.M. 

Başlanma tarixi:                     18.11.2009 

Bitmə tarixi:                        18.11.2013     

 

18 noyabr 2009-cu il tarixində BP Exploration (Caspian Sea) Limited Şirkəti ilə AZFEN B.M. arasında 2 il müddəti ücün imzalanmış bu layihə, 2011-ci ildə daha 2 il müddətinə uzadılmışdır. Layihə Azərbaycan Respiblikasi ərazisində, Səngəçal Terminalından Gürcüstan sərhəddinə qədər, BTC xam neft (Bakı-Tbilisi-Ceyhan), Bakı-Ərzurum qaz (SCP)  və WREP xam neft (Qərb Neft İxracı Kəməri) kəmərləri ilə kəsişmələrdə çoxsaylı çay keçidlərinin müxtəlif səbəblərdən yaranan erroziyaya qarşı tikinti-quraşdırma tədbirləri ilə bərkidilməsi yolu ilə boru kəmərlərinin təhlükəsiz ixrac əməliyyatlarının həyata keçirilməsini təmin etməkdən ibarət olmuşdur.

Bu layihə ilə əlaqədar işlərə təqribən 200 AZFEN personalı cəlb olunmuşdur. 

 

 

news1

COP-WC (Çıraq Neft Layihəsi-Qərbi Çıraq Platformasının Üst Tikililərinin, Qazma Qurğularının Emalatı və Yaşayış Bloklarının İnteqrasiyası) / CAS-MA-006

AZFEN B.M. İş No.:              AZF-081

Yer:                                         Azərbaycan

Sifarişçi:                                  ABƏŞ

Podratçı:                                 ATA (Amec-Tekfen-Azfen) Konsorsiumu

Başlanma tarixi:                     15.01.2010

Bitmə tarixi:                           31.12.2013     

 

15 yanvar 2010-cu il tarixində BP Exploration (Caspian Sea) Limited Şirkəti ilə ATA (AMEC-TEKFEN-AZFEN) Konsorsiumuna daxil olan AMEC Services Limited Şirkəti, TEKFEN İnşaat ve Tesisat A.Ş, AZFEN Birgə Müəssisəsi arasında Çıraq Neft Layihəsi - Qərbi Çıraq Platformasının Üst Tikililərinin, Qazma Qurğularının Emalatı və Yaşayış Bloklarının İnteqrasiyası işlərinin icra olunmasına dair CAS-MA-006 No-li müqavilə imzalanmışdır.

AZFEN B.M.-nin Bayıl sahəsində Qərbi Çıraq neft platformasının tikilməsi üçün 2010-cu il 1 yanvar tarixindən yenidənqurma işləri başlanmış və 2010-cu ilin iyun ayında istehsala başlanmışdır. Layihə Azərbaycanda həyata keçirilən layihələrdən ən böyüyüdür. Platformanın çəkisi 19.000 ton təşkil edir. Platforma 170 m dərinliyində quraşdırılmış dayaq blokunun üzərinə bərkidilib.

  •  Yaşayış blokları – 198 nəfərlik;
  •  Vertolyot meydançası;
  •  Tam funksional Qazma Qurğusu (48 quyu);
  •  Səngəçal Terminalına neftin daşınması üçün 30” boru xətti;
  •  14” Qaz ixrac boru xətti;
  •  Emal olunmuş su üçün 16” boru xətti;
  •  Suvurma üçün 18” boru xətti;
  •  7 ədəd 16” sualtı xətlər;
  •  93 metr uzunluğunda  platforma məşəl qurğusu.

Platformanın tikintisində Azərbaycanda ilk dəfə olaraq aşagıdakı işlər görülmüşdur:

  •  Ekzotik Boru istehsalı;
  •  Qazma Modulunun istehsalı;
  •  Termal Boya tətbiqi;
  •  Qazma modulunun sement sistemi çənlərinin istehsalı;
  •  Birləşdirici elementlərin və bütöv divarlı daşıyıcı tirlərin istehsalı;
  •  GRE-FRP (Epoksid-Şüşə Lif) boruların istehsalı;
  •  Qalvanizə işlərinin müəyyən hissəsi.                                    

Layihə dövründə metal konstruksiya üzrə 154,184 m qaynaq işləri, boru üzrə 293,857m qaynaq işləri görülmüşdür. Metal Konstruksiya üzrə ümumi qaynaq təmir faizi 3,35%, boru üzrə isə, 0,52 % təşkil etmişdir.

Layihədə 350 km-dən çox kabel işləri yerinə yetirilmiş, 120 ton boya istifadə edilmişdir. Layihənin tikintisində cəmi 4500 nəfər çalışmışdır.   

 

news1

Səngəçal-Qazıməmməd 1220 mm Diametrli (48") Qaz Kəmərinin Tikintisi

AZFEN B.M. İş No.:              AZF-070

Yer:                                         Azərbaycan

Sifarişçi:                                  SOCAR Qaz Əməliyyatları İdarəsi

Podratçı:                                 “Xəzərdənizneftqaztikinti” Tresti

Subpodratçı:                           AZFEN B.M.

Başlanma tarixi:                     01.11.2006

Bitmə tarixi:                           15.06.2007                 

 

Şahdəniz qazının ölkə ərazisində nəqli üçün nəzərdə tutulmuş Səngəçal-Qazıməmməd 1220 mm diametrli 48" qaz kəmərinin tikintisi 1 noyabr 2006-cı il tarixində başlamışdır. Qaz kəmərinin marşrutu çətin keçilən ərazilərdən keçməklə yanaşı, 3 mühüm boru xətti ilə - BTC (Bakı-Tbilisi-Ceyhan), Bakı-Ərzurum Qaz Kəməri və Qərb Neft İxracı Kəməri ilə kəsişir. Tikintinin sifarişçisi ARDNŞ-nin Qaz əməliyyatları idarəsidir.  AZFEN B.M. bu işləri uğurla həyata keçirdi və kəmər istismara verildi.

news1

PCWU (Texnoloji Proseslər, Kompressiya, Suvurma və Məişət Avadanlıqları) Platforması Layihəsi / ACG FFD-C-1006 (Faza 3)

AZFEN B.M. İş No.:              AZF-067

Yer:                                         Azərbaycan

Sifarişçi:                                  ABƏŞ 

Podratçı:                                 TOYO

Subpodratçı:                           ATA (Amec-Tekfen-Azfen) Consortium

Başlanma tarixi:                     20.09.2004

Bitmə tarixi:                           04.01.2008                 

 

2004-cü ildə AZFEN B.M. ATA Konsorsiumu tərkibində AÇG Yataqlarının Tammiqyaslı İşlənməsi Layihəsinin 3-cü Fazası çərçivəsində quraşdırılacaq PCWU Platforması Üst Tikililərinin Emalatı Layihəsini qazandı. Layihə 2008-ci ilin 1-ci rübündə uğurla başa çatdırıldı.

Layihə ilə əlaqədar iş həcmi 13.500 t platforma ilə bağlı  bütün işləri, yəni, quruda emalat, quraşdırma, montaj, sınaq, mexaniki tamamlama, istismara sazlama, çəki, domkratla qaldırma, quruda tamamlama və üst  tikililərin, məşəl qurğusunun daxil olduğu  kompleks göyərtənin yüklənməsi işlərini əhatə edirdi.  

news1

SAIPEM və TEKFEN-AZFEN, STB-1 Barjasının Yenidən Qurulması İşləri / ACG FFD-C-007

AZFEN B.M. İş No.:              AZF-065

Yer:                                         Azərbaycan

Sifarişçi:                                  ABƏŞ

Podratçı:                                 Saipem S.p.A.

Subpodratçı:                           TEKFEN–AZFEN Alyansı

Başlanma tarixi:                     29.10.2002

Bitmə tarixi:                           15.12.2003

 

Saipem şirkəti ABƏŞ-in podratçısı olaraq, Xəzər Dənizinin Azərbaycan hissəsində yerləşən AZƏRİ-ÇIRAQ-GÜNƏŞLİ neft yataqları üçün tikilən platformaların və özülün dənizə daşınması və quraşdırılması işlərini həyata keçirdi. Tender mərhələsi ərzində SAIPEM şirkəti AZFEN-i FFD-C-007 Daşınma və Quraşdırma Layihəsini qazanmış subpodratçı təyin etdi. Nəticədə, AZFEN B.M. TEKFEN-lə birlikdə STB-1 barjasının polad konstruksiyalarının rekonstruksiyası, barjada əlavə ballast sisteminin quraşdırılması, "Azərbaycan" Kran Gəmisinin sınağı üçün test yükünün hazırlanması işlərini həyata keçirmişdir. Layihənin vaxtında və qəzasız başa çatdırılması üçün peşəkar və təcrübəli mühəndislərimiz səylərini əsirgəməmişlər.

news1

CWP (Kompressiya və Suvurma Platforması) Üst Tikililərinin Emalatı/ACG FFD-C-032 (Faza1/2)

AZFEN B.M. İş No.:              AZF-063

Yer:                                         Azərbaycan

Sifarişçi:                                  ABƏŞ

Podratçı:                                 ATA (AMEC-TEKFEN-AZFEN Konsorsiumu)

Başlanma tarixi:                     18.09.2002

Bitmə tarixi:                           31.08.2005     

Üst tikilinin çəkisi:                  13,467t                       

 

CWP Platformasının emalatı üzrə müqavilə ATA (AMEC-TEKFEN-AZFEN) Konsorsiumuna həvalə edilmişdi. İş həcminə Xəzər Dənizi yaxınlığında yerləşən və müxtəlif növ barjaların, o cümlədən, Xəzər Dənizində ən iri barjalardan biri olan “Azərbaycan” Kran Barjasının yanalmasına imkan verən AZFEN İstehsalat Sahəsinin genişləndirilməsi daxil idi. Layihə uğurla başa çatdırıldı və bu üst tikili konstruksiyası AZƏRİ-ÇIRAQ-GÜNƏŞLİ dəniz platforması obyektinin tərkib hissəsini təşkil etdi.

Bu, AZFEN B.M. istehsalat sahəsinin genişləndirilməsi, 14300 ton üst tikili göyərtəsinin emalatı, sahildə montajı, qaldırılması və barjaya yüklənməsi və dənizdə birləşdirilməsi kimi işləri əhatə edən 35.5 aylıq layihənin yerinə yetirilməsindən ibarət idi.

İşin keyfiyyəti şelfdə neftçıxarma sahəsində qəbul edilmiş ən yüksək standartların tələblərinə cavab verir. Boşdayanmaya yol vermədən 6.5 mln. adam-saatı sərf etmək inteqrasiya edilmiş göyərtənin tikintisində SƏTƏM üzrə yüksək göstərici hesab edilmişdir.

Kompressiya və Suvurma Platforması Xəzər dənizinin 128 metr dərinliyində quraşdırılmışdır.

news1

Qaradağ-Severnaya Qaz Boru Xətti

AZFEN B.M. İş No.:              AZF-061

Yer:                                         Abşeron yarımadası, Bakı, Azərbaycan

Sifarişçi:                                  Azəriqaz SC   

Podratçı:                                 TOYO

Subpodratçı:                           TEKFEN-AZFEN Alyansı

Başlanma tarixi:                     15.05.2002

Bitmə tarixi:                           01.05.2003                                         

 

Layihə Bakı şəhərindən keçən və Qaradağdan Severnaya Elektrik Stansiyasına kimi istiqamətlənən 85.5 km-lik boru xətti (43 km – 40” və 42.5 km – 28”) inşasını əhatə etmişdir. Bu layihədə TEKFEN-AZFEN ALYANSI TOYO şirkətinin subpodratçısı kimi fəaliyyət göstərmiş və layihə uğurla başa çatdırılmışdır.

Layihənin məqsədi, təbii qazın SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Qaradağda yerləşən Qaz Emalı Qurğularından Bakının 40 km şimal-şərqində yerləşən  400 mvt gücündə Severnaya Elektrik Stansiyasına daşınmasından ibarətdir.  

news1

Səngəçal Terminalının Genişləndirilməsi Layihəsi / ACG FFD-C-024 (Faza 1)

AZFEN B.M. İş No.:              AZF-058

Yer:                                         Azərbaycan

Sifarişçi:                                  ABƏŞ 

Podratçı:                                 TEKFEN-AZFEN Alyansı

Başlanma tarixi:                     20.02.2002

Bitmə tarixi:                           İyul, 2002 

 

Səngəçal Terminalı, dünyada ən böyük terminallardan biri, dəniz neftini Türkiyənin Aralıq Dənizi sahilinə daşıyan (1,743 km məsafədə) BTC boru xətti ilə birləşdirir. Terminal Azərbaycanda neft hasilatlarının mərkəzidir.

İlkin Neft Terminalı ildə 6 milyon tondan çox xam nefti emal etmək, saxlamaq və ixrac etmək imkanına malik obyektdir. Terminal, həmçinin, daxili bazara xidmət etmək məqsədi ilə Qaradağda ARDNŞ-ə boru xətti ilə ötürülən səmt qazını da emal edir.

news1

C-2000-ABƏŞ-21411 - “Texniki Xidmət Müqaviləsi”

AZFEN B.M. İş No.:              AZF-045

Yer:                                         Azərbaycan

Sifarişçi:                                  ABƏŞ

Podratçı:                                 AZFEN B.M.

Başlanma tarixi:                     24.05.2000

Bitmə tarixi:                           05.06.2002 

2 il müddətinə imzalanmış “Texniki Xidmət Müqaviləsi”nə əsasən, AZFEN B.M., əsas etibarilə, aşağıdakı xidmətləri təmin etdi:

  • Emalat, mühəndislik, keyfiyyət təmini və idarəetmə;
  • Emalat, quraşdırma və istismara təslim işləri;
  • Emalat, quraşdırma və tam və ya qismən boşdayanmalar, yaxud yubanmalar ərzində istismara təslim işləri, o cümlədən, davam etməkdə olan fəaliyyətlərin əlaqələndirilməsi, proqramlaşdırma və istismar tələblərinin tənzimlənməsi.

İşlərin əhatə dairəsi aşağıda açıqlanır:

  • Çıraq-1 İstismar Platforması – Xəzər Dənizində Bakıdan 120 km şərq – cənub – şərqdə;
  • Səngəçal Terminalı – Bakıdan təxminən 50 km cənubda;
  • Şirvanovka Ölçmə Stansiyası – Bakıdan təxminən 255 km şimalda;
  • Supsa Terminalı – Gürcüstanda;
  • Qriqoletti Dəniz Bazası – Gürcüstanda;
  • Şimal Marşrutu İxrac Boru Xətti, o cümlədən, Şirvanovka istiqamətində təzyiqlə suvurma quyuları;
  • Qərb Marşrutu İxrac Boru Xətti, o cümlədən, Supsada 5 nasos stansiyası və 2 təzyiqazaltma stansiyası, Gürcüstan.

news1

Azərbaycan, ÇIRAQ-1 Təzyiqlə Suvurma Layihəsi / C-98-OPS-10564

AZFEN B.M. İş No.:              AZF-039

Yer:                                         Azərbaycan

Sifarişçi:                                  ABƏŞ - AMEC          

Podratçı:                                 TEKFEN - AZFEN Alyansı

Başlanma tarixi:                     08.08.1999

Bitmə tarixi:                           29.04.2000                 

1999-cu il avqust ayının 8-də TEKFEN-AZFEN ALYANSI ÇIRAQ-1 dəniz platforması üçün Təzyiqlə Suvurma Modulunun inşasına başladı. Yeniləşdirilmiş sex, ixtisaslı personal və lazımınca layihələndirilmiş iş sahəsi bizə modulun inşasını və yüklənməsini 2000-ci il aprel ayının 29-da başa çatdırmaq imkanı verdi. Təzyiqlə Suvurma sistemi 32.000kPa təzyiqlə sutkada 220.000 barel suvurma gücünə malikdir.

Layihə üçün təxminən 350,000 iş saatı sərf olunmuşdur.

news1

Gürcüstan, Supsa Terminalı Layihəsi - Mexanika İşləri, Elektrik Avadanlıqlarının və Nəzarət-Ölçü Cihazlarının Quraşdırılması İşləri / CG-96-PRJ-383

AZFEN B.M. İş No.:              AZF-024

Yer:                                         Azərbaycan

Sifarişçi:                                ABƏŞ

Podratçı:                                 TEKFEN-AZFEN Alyansı

Başlanma tarixi:                     27.10.1997  

Bitmə tarixi:                           26.03.1999

Layihə üzrə müqavilə Gürcüstan Boru Xətti Şirkəti və TEKFEN-AZFEN ALYANSI tərəfindən imzalanmışdır.

ALYANS-a mexanika işlərindən, elektrik avadanlıqlarının və nəzarət-ölçü cihazlarının quraşdırılmasından ibarət iş paketi həvalə edilmişdi. ALYANS strukturu altında layihə bütünlükdə AZFEN B.M.-nin işçi qüvvəsi tərəfindən yerinə yetirildi. Bu iş paketi çərçivəsində AZFEN B.M.-nin fəaliyyətinə aşağıdakılar daxil idi:

  • Mexaniki Boru Xətti sisteminin emalatı, qumlanması və boyanması, montajı və sınaqdan keçirilməsi, o cümlədən, emalat və quraşdırma işlərinin dəstəklənməsi.
  • Avadanlıqların montajı, mexanika işləri və elektrik kabel ucluqlarının bağlanması.
  • Kabel çəkilməsi.
  • Nəzarət-ölçü cihazlarının quraşdırılması.
  • Katod mühafizə işləri.

news1

Gürcüstan, Qərb Marşrutu Layihəsi – Nasos və Təzyiqazaltma Stansiyalarının və Səyyar Radiostansiyaların Tikintisi / CG-96-PRJ-382

AZFEN B.M. İş No.:              AZF-023

Yer:                                         Azərbaycan

Sifarişçi:                                  ABƏŞ

Podratçı:                                 TEKFEN-AZFEN Alyansı

Başlanma tarixi:                     27.10.1997

Bitmə tarixi:                           28.02.1999

 

Bu Layihə üzrə müqavilə Gürcüstan Boru Xətti Şirkəti və TEKFEN-AZFEN ALYANSI tərəfindən imzalanmışdır. Layihə 3 nasos stansiyasının, 2 təzyiqazaltma stansiyasının inşaat işləri, mexanika işləri, elektrik avadanlıqlarının və nəzarət-ölçü cihazlarının quraşdırılması işlərindən və 10 səyyar radiostansiyanın tikintisi işlərindən ibarət idi. İşlər ALYANS tərəfindən dənizin müxtəlif yüksəklik səviyyələrində və dəniz səviyyəsindən 1,100 m yüksəklikdə, eləcə də, temperaturun 0-dan mənfi 15 ºC-yə düşdüyü və 40 ºC-yə kimi artdığı dəyişkən hava şəraitində həyata keçirilmişdir.

Layihə ilə əlaqədar aşağıdakı iş həcmi yerinə yetirilmişdir:

  • Boru montajı : 5,961 m (diametri 3/4” və 20” arasında dəyişir);
  • Kabel çəkilişi: 113,770 m;
  • Elektrik kabel ucluqlarının bağlanması: 18,004 ədəd;

Nəzarət-ölçü cihazlarının quraşdırılması: 1,282 ədəd.

news1

Azərbaycan, Qərb Marşrutu Layihəsi - Yeni və Bərpa Edilən Boru Xətti İşləri / CA-96-PRJ-381

 

AZFEN B.M. İş No.:              AZF-021

Yer:                                         Azərbaycan

Sifarişçi:                                  ABƏŞ

Podratçı:                                 TEKFEN-AZFEN Alyansı

Başlanma tarixi:                     28.04.1997

Bitmə tarixi:                           15.03.1999

 

Bu layihə ilə bağlı əsas iş həcminə 121 km çatışmayan boru seksiyası ilə birlikdə 47 km yeni boru xəttinin tikintisi, təxminən 300 km mövcud boru xəttinin bərpası, 6 dəmiryol, 27 yol, 32 kanal, 10 axın, 8 cığır, 5 kiçik su və 5 böyük çay keçidinin tikintisi və Katod Mühafizə Sisteminin quraşdırılması daxil idi. Layihənin 1998-ci ilin mart ayında tamamlanması nəzərdə tutulmuşdu.

1997-ci ilin sonlarında həyata keçirilmiş ilkin qiymətləndirmə işləri nəticəsində sifarişçi bu qərara gəldi ki, boru xətti bütünlükdə yenidən tikilməlidir. Marşrutun bir neçə dəfə dəyişdirilməsindən sonra boru xəttinin ümumi uzunluğu 444.5 km oldu və bu iş uğurla başa çatdırıldı.

Layihəyə təxminən 3 milyon ümumi adam-saatı daxil idi ki, bunun 70%-ni yerli işçi qüvvəsi təşkil edirdi. Layihə 3 milyon qəzasız adam saatı sərfi ilə başa çatdırıldı.

news1

Azərbaycan, Səngəçal Terminalı Layihəsi - Mexanika İşləri, Elektrik Avadanlıqlarının və Nəzarət-Ölçü Cihazlarının Quraşdırılması / C-96-PRJ-168

AZFEN B.M. İş No.:              AZF-009

Yer:                                         Azərbaycan

Sifarişçi:                                  ABƏŞ

Podratçı:                                 TEKFEN-AZFEN Alyansı

Başlanma tarixi:                     03.04.1996

Bitmə tarixi:                           25.09.1997

AZFEN B.M.-nin TEKFEN-lə birlikdə yerinə yetirmiş olduğu layihələr arasında Səngəçal Terminalı Layihəsi xüsusi vurğulanmalıdır, belə ki, bu, öz həcminə və xüsusiyyətlərinə görə Şirkət tərəfindən yerinə yetirilən ilk böyük layihə idi. ABƏŞ-ə neft ixracı üçün özünün infrastruktur vəsaitlərini sərf etmək imkanı verən Səngəçal Terminalı Layihəsi 1997-ci ildə vaxtında və büdcə çərçivəsində başa çatdırıldı.

Səngəçal Terminalı Layihəsinin əhatə etdiyi Mexanika İşləri, Elektrik Avadanlıqları və Nəzarət-Ölçü Cihazlarının Quraşdırılması İşlərinin həcmi aşağıdakılardan ibarət idi:

  • 900 tonluq boru xətti şəbəkəsi,
  • 700 tonluq avadanlığın montajı və quraşdırılması,
  • 23,000 m2 boya işləri AZFEN B.M. tərəfindən uğurla həyata keçirilmiş və cəmi 150,000 adam-saatı sərfinə nail olunmuşdur.