AZFEN B.M. 1996-cı ilin yanvarında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (60% sahiblik hüququ ilə) və TEKFEN İnşaat və Təsisat A.Ş. (40% sahiblik hüququ ilə) tərəfindən təsis edilmişdir.
Məqsədimiz neft şirkətləri üçün yüksək səviyyəli tikinti və mühəndislik işlərini həyata keçirməkdən ibarətdir. Təcrübə və müasir texnologiyaların tətbiqi bizə Xəzər regionunda neft şirkətlərinə misilsiz xidmət göstərmək imkanı vermişdir. Biz irihəcmli neft layihələri üçün boru kəmərlərinin, platformaların və terminalların tikintisini həyata keçirmişik. Bacarıq və təcrübəmizlə yanaşı, sağlam və təhlükəsiz iş şəraitinə böyük əhəmiyyət veririk.
Hal-hazırda AZFEN fəaliyyətini dünya miqyasında genişləndirməyə çalışır.
Təhlükəsizlik göstəricilərində daha bir nailiyyət
10 Dekabr 2008-ci il tarixində British Petroleumun operatoru olduğu AÇG-269 Səngəçal Terminalı Genişləndirilməsi Layihəsində Azfen-Tekfen Alyansı 32 000 000 adamsaat Qəzasız İş Saatı nailiyyəti əldə etmişdir. Bu həm Azfen-Tekfen Alyansı həmdə British Petroleum şirkəti üçün dünya miqyaslı bir nailiyyət hesab olunur.