KARYERA İMKANLARI

KADR SİYASƏTİ

AZFEN B.M. keyfiyyətli kadrların seçilməsi, onların düzgün yerləşdirilməsi, işçilərin peşəkarlıq səviyyələrinin yüksəldilməsi üçün hər cür imkanlar yaradır. Şirkətimizdə kadrların idarə olunması aşağıdakı istiqamətlər əsasında həyata keçirilir.                                                                                                             

İnsan Resursları İdarəetməsi

İşçilərin işlə təmin edilməsi İnsan Resursları İdarəetməsi mərhələlərinə əsasən axın sxeminə görə yerinə yetirilir.

İşlə təmin etmənin başlanğıcı və sonu şəffafdır, bu ikisinin arasında işçi vəzifə təlimatları, şirkət, alyans, konsorsium qaydaları, xəstəliyə görə işdə olmama, məzuniyyət, təlim və Dövlət Qanunları ilə əlaqədar olan proseslərlə qarşılaşır.

İnsan Resursları İdarəetməsinin missiyası aşağıdakılardır:

- Şirkət içində milliyyətindən asılı olmayaraq istənilən zaman ən yaxşı işçini doğru yerdə işə cəlb etmək;

- əsas işçilərin, xüsusilə yüksək idarə heyətinin hazırlanması;

- Azfen-in cəlbedici işverən olmasını təmin etmək;

1. İnsan Resursları Müdiri 

- potensial işçilərin informasiya bazasını saxlayır və mükəmməlləşdirir;

- işçilərin informasiyasını saxlama prosesini formalaşdırmaq üçün Şöbə Müdirləri ilə əlaqə saxlayır;

- işə alma prosedurunu həyata keçirir;

- işə alma prosedurunu idarə etmək üçün lazımi resursları təmin edir;

- layihə mərkəzdən idarə edilə bilmədikdə sahəyə öz nümayəndəsini təyin edir;

- personal ehtiyaclarını müəyyənləşdirmək üçün layihə komandaları ilə əlaqə saxlayır.

2. İRM Nümayəndəsi 

- Azərbaycan Dövlət Qanunlarına əsasən Şirkət işçilərinin qeydlərini aparır;

- iş saatlarına və işdən kənar saatlara nəzarət edir;

- maaşların hesablanması üçün lazım olan məlumatları mühasibatlığa ötürür;

- mükafatların verilməsi ilə əlaqədar Şöbə Müdirləri və Layihə Müdiri ilə əlaqə saxlayır;

- GEN-QF-010/011 Personal Qiymətləndirmə Formalarında işçilərin performansları haqqında məlumatları toplayır;

- personal üçün təhlükəsizlik təlimi də daxil olmaqla əlavə təlim  ehtiyaclarını müəyyənləşdirir;

- Layihə Müdiri ilə təlim və kvalifikasiya kurslarının təşkil olunması ilə bağlı əlaqə saxlayır;

- işçilərin mobilizasiya planını hazırlamaq üçün Şöbə Müdirləri ilə əlaqə saxlayır;

- ən yaxşı işçiləri müxtəlif layhələrdə yerləşdirərək Şirkətdə saxlamaq imkanlarını arayır;

- işçilərin informasiya bazasını yeniləmək üçün performansları haqqında məlumat verir.

Təlim

Yerli personalın təkmilləşdirilməsinə sərf edilən vaxt  və vəsait gələcək üçün qiymətli xəzinə deməkdir.

Layihələrin icra müddətində yerli işçilərin təliminə, onların bilik və bacarıqlarının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir.

AZFEN B.M. menecerlərin, mühəndislərin və texniklərin ixtisaslaşmasına böyük əhəmiyyət verir.İnzibati, tikinti və yoxlama personalı yerli və xarici təlimlərdə iştirak edir və yüksək bilik, bacarıq və vərdişlərə yiyələnir.

 

 

Hörmətli namizədlər, Tərcümeyi Hallarınızı cv@azfen.com ünvanına göndərə bilərsiniz.