Haqqımızda

 

AZFEN B.M. haqqında qısaca

AZFEN B.M. 1996-cı ilin yanvarında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (60% sahiblik hüququ ilə) və TEKFEN İnşaat və Təsisat A.Ş. (40% sahiblik hüququ ilə) tərəfindən təsis edilmişdir.

Məqsədimiz neft şirkətləri üçün yüksək səviyyəli tikinti və mühəndislik işlərini həyata keçirməkdən ibarətdir. Təcrübə və müasir texnologiyaların tətbiqi bizə Xəzər regionunda neft şirkətlərinə misilsiz xidmət göstərmək imkanı vermişdir. Biz irihəcmli neft layihələri üçün boru kəmərlərinin, platformaların və terminalların tikintisini həyata keçirmişik. Bacarıq və təcrübəmizlə yanaşı, sağlam və təhlükəsiz iş şəraitinə böyük əhəmiyyət veririk.

Hal-hazırda AZFEN fəaliyyətini dünya miqyasında genişləndirməyə çalışır.

AZFEN B.M.-də çalışan işçilərin demək olar ki, hamısı Azərbaycan vətəndaşlarıdır. Məhz AZFEN B.M. işçilərinin hesabına, şirkətin iştirak etdiyi layihələrdə yerli işçilərin və mütəxəssislərin sayı daim yüksək olur. AZFEN B.M. tərəfindən həyata keçirilən  layihələrin pik vaxtında 10000-dən yuxarı yerli işçi çalışırdı. Bundan əlavə, layihələrə bir çox yerli subpodratçılar cəlb olunmuşdur ki, bu da öz növbəsində yerli işçilər üçün yeni iş yerləri deməkdir.